Gecələr səninçün ağlayıram mən

Müəllif: Banucicek
Şərhlər: 2
Baxılıb: 2 042
Səs ver:
(səs: 0)
Getdiyin yerləri gəzir xəyalım,
Dözüb hicranına bəs necə qalım?
Gündüzlər yalandan xoş olur halım,
“Gecələr səninçün ağlayıram mən. ”

Nə oldu əhd-peyman? Kimdir günahkar?
Birlikdə olmağa azca güman var?
Bir mənəm, bir nisgil, bir də dörd divar,
“Gecələr səninçün ağlayıram mən. ”

Kədərim də bəlli, qəmim də bəlli,
Kaş ki, bu müşkülün tapıla həlli.
Nə ümid verən var, nə də təsəlli,
“Gecələr səninçün ağlayıram mən. ”

Bu imiş qismətim, bu imiş payım,
Bumbuzdur otağım, qış olub yayım.
Səhər söz verirəm ta ağlamayım,
“Gecələr səninçün ağlayıram mən. ”

Tökülür üstümə dərd qucaq-qucaq,
Vüsalın yarama məlhəm olacaq.
Yenə qürurumu əymirəm, ancaq,
“Gecələr səninçün ağlayıram mən. ”

Şair: AQİL KƏNGƏRLİ
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 042
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri