Səndən sonra iki damla gözyaşını saxladım...

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 4 082
Səs ver:
(səs: 1)
Səndən sonra iki damla göz yaşını saxladım,
Xəyalımda saxlamışam, yanağında yox işim.
Qəsdən ağlatmışam səni, bərk yumşağın yoxladım.
Olur hərdən, misralarda çox çiyim, az bişmişim.
Şair hərdəmxəyal olur, tənhalığı bir dadım.
Mehmanım xəyalda pəri, gerçəyimdə dərvişim.
Duyğuları oyadıram, atəşlərə tuş aldım.
Sarı simə toxunmaqdı, şair kimi vərdişim.
Ürpətdiyim tellərini xəyalımda daradım,
Qorxma ağartmaram, elə qorxunc deyil keçmişim.
Sevgimi cəngəlliyində bu ünvanın aradım.
Gedişləri alqışlandı, xoş olmadı gəlişim.
Silkələdim budağını, meh gətirsin muradım.
Köks ötürdün, kal töküldü qalırkən yetişmişim.
İkimizə bəs etmədim, bilməm kimə yaradım.
Əlçatmaza əl atmadım, dadına baxsın dişim.
Məndən sonra kimdi sayan pilləkəndə bir addım.
Sol ayağım inad idi sağ ayağım təşvişim.
Qorxdum addım səslərindən zindanbanı oyadım.
İffətin muzdum olmasın, qürurum ödənişim.
Apar məni oralara...apar, qsıası nə uzadım?!
Mən sonuncu uçuşumdu, sən sonuncu enişim.

Müəllif - Azər Rəhman.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 4 082
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri