Günahkar dodaqlar...

Müəllif: Diablo
Şərhlər: 1
Baxılıb: 5 692
Səs ver:
(səs: 0)
Hökm eləyər hisslərinə, xəfif- xəfif, incə-incə,
Sənə təslim olmamışdan səni qul eləyər öncə.
Sanarsanki bir fidandı, ya yeni açılmış qönçə,
Nə qədər gözəl olurmuş Allah, günahkar dodaqlar,
Ən böyük rəsm əsəridi vallah, günahkar dodaqlar.

Danışanda söz səyriyər, kəlmələr saralar, solar,
Bəzən gözün saatlarca titrəyən dodaqda qalar.
Ruhunu da incitmədən min dərdə, möhnətə salar,
Toxunduqca səni səndən alar günahkar dodaqlar,
Ömrün boyu yaddaşında qalar günahkar dodaqlar.

O dodaqlarda ararsan varlığını, mənliyini,
O dodaqlarda taparsan şadlığını, şənliyini.
"Hallandırıb" kəşf edərsən "yerliyini", "yönlüyünü",
Bir baxarsan səcdədəsən, pirdi günahkar dodaqlar,
Ən böyük savablarınla birdi günahkar dodaqlar

Ramil Mərzili
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 692
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri