Bir sevda ağlayır içimdə mənim

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 3 774
Səs ver:
(səs: 4)
Gəl dedim, köksümə yaralı düşdü,
Əl açdım, əllərim aralı düşdü,
Ona bu ağ dünya qaralı düşdü,
Bir sevda ağlayır içimdə mənim. 
 
Qədri bilinmədi, ömrü qırıldı,
Həsrət boyun bükdü, hicran yoruldu,
O hər gün incidi, hər gün vuruldu,
Bir sevda ağlayır içimdə mənim.
 
Min gül solduranlar, min gəl dərdilər,
Yüngül, çiçəkləri yüngül dərdilər,
Mən ürək açanda baxıb gördülər
Bir sevda ağlayır içimdə mənim.
 
Dünəni bükülü xatirəsinə,
Vurğundu bu günü xatirəsinə.
Qısılıb mürgülü xatirəsinə
Bir sevda ağlayır içimdə mənim.
 
Bacara bilmədim özüm-özümlə
Dil tapa bilmədi işim sözümlə 
Mənim fəryadımla mənim gözümlə
Bir sevda ağlayır içimdə mənim.
 
Mənəm daş daşıyan o məhəbbətə
İtmiş daş-qaşıyam o məhəbbətə
Özüm baş daşıyam o məhəbbətə
Bir sevda ağlayır içimdə mənim.
 
Gec oldu qədrini mən biləndə də 
Sevinci yaşayıb qəm böləndə də
Üzümə baxmayın mən güləndə də
Bir sevda ağlayır içimdə mənim. 
 
 
                                            Müəllif:Nüsrət Kəsəmənli
(səs: 4)
Şərhlər: 8
Baxılıb: 3 774
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri