İllərin soyuqluğunda

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 3 397
Səs ver:
(səs: 3)
Gecənin yarısı... Üşüyür içim,
İllərin bitməyən soyuqluğunda.
Söylə, sevgidənmi, səndənmi keçim,
Otağın tərlədən isti buğunda.

Bil ki, daha mənə gərək deyilsən,
İzn ver eşqimlə qalım baş-başa.
Ətrinə öldüyüm çiçək deyilsən,
Get, özgə bağında solaraq yaşa.

Qeys Məcnun adlandı, bilirsən niyə?
Hicranı vüsaldan üstün tutdu o.
Düşüb səhralara yar deyə-deyə
Sevdi... Unutmağı hey unutdu o.

Yox, mən Qeys deyiləm, Məcnun deyiləm,
Tərtəmiz adım var, götürməz ləkə.
Çətin dərd önündə sınam, əyiləm,
Kişi gərək dərdi gizlində çəkə.

Gecənin yarısı məni üşüdən,
Şaxta, sazaq deyil, o soyuq eşqin.
Get, soyuq sevgini istəmirəm mən,
Söz verirəm, sənə bəsləmərəm kin.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 3 397
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri