Öyrənə bilmirəm sənsizliyə mən

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 4 074
Səs ver:
(səs: 2)
Pərişan olmuşam, viran olmuşam
Ömrün baharına düşüb duman çən,
Hicran yollarında tənha qalmışam.
Öyrənə bilmirəm sənsizliyə mən...

Bu eşqin odunda yandım, alışdım,
Özümü heç belə tanımamışdım,
Mən əzab çəkməyə nə tez alışdım??!!
Öyrənə bilmirəm sənsizliyə mən...

Xəzanda düşübdü cavan ömrümə,
Gözlər sənə məhkum, baxmaz heçkimə,
Bəlkə qayıdasan? Gülüm incimə
Öyrənə bilmirəm sənsizliyə mən...

Sevgi yolumuzda intizar durur,
Sənidə, mənidə odlara vurur
Gəlsənə barışaq? Yetər bu qürur!
Öyrənə bilmirəm sənsizliyə mən...

Ömür qatarıma qəm-qüssə mindi.
Ayrılıq ölümdən daha çətindi.
Sən məni öyrətdin özünə, indi,
Öyrənə bilmirəm sənsizliyə mən...
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 4 074
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri