Bir zaman heç nədən qorxum yox idi ,
Bir işim var idi, günü ötürmək .
İndisə iki şey qorxudur məni,
Bir səni üzmək bir səni itirmək.
*******************************
Əgər istəmədən səni incitsəm,
Özümə rəhmimi bitirəcəyəm.
Əgər bir gün gəlsə səni itirsəm,
Yenə xoşbəxtliyi itirəcəyəm.
********************************
Özümü qəlbimlə sənə verirəm,
İstər götür saxla istər at məni.
Bütün ixtiyrı sənə verirəm,
Özün bil, ya öldür ya yaşat məni
********************************
Bəzən sevmədiyi biri üzündən,
Bütün ümidini itirir insan.
Qəlbini eşqinə məzar edərək,
Onu özü qətlə yetirir insan.
**************************
Solar üzündəki xöşbəxt təbəssüm,
Üzü saxta gülər , ürəyi ağlar .
"Daha çarə yoxdur” deyər özünə,
Bütün qapıların həyata bağlar.
**************************
Birdən biri çıxar qarşına qəfil,
Bütün pislikləri tarimar edər.
Silər qəlbindəki həsrəti-qəmi,
Səni əvvəlki tək bəxtiyat edər .
***************************
Sən həmin o kəssən qarşıma çıxdın ,
Gəldin gözəlliklər gəldi səninlə .
Həyatım bir anda elə dəyişdi ,
Ürəyim ürəkdən güldü səninlə.