Bu Sevgidən Ayırdılar Bizi

Müəllif: Melek5
Şərhlər: 0
Baxılıb: 2 292
Səs ver:
(səs: 1)

 

Günlərin bir günü payız günündə
İlk sevgilimi, nişanladılar
Duymayıb qəlbimin döyüntüsünü
İki sevən qəlbi parçaladılar

Yığışıb başına rəfiqələri
Onu ər evinə yola saldılar
Sevən bir oğlanın təmiz eşqini
Döyünən ürəkdən tez qopardılar

Ötüşdü həftələr ötüşdü aylar
Bir səhər onların bir oğlu oldu
Bu məsum balaca günahsız körpə
Gənc ana qəlbinin ulduzu oldu

Yalvarıb yaxarıb o öz ərinə
Körpənin adını məhəbbət qoydu
Hər dəfə məhəbbət çağıranda O
Elə bil eşqinin səsini duydu!!! 

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 292
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri