Dünən məni soruşmusan

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 322
Səs ver:
(səs: 3)

Eşitdim ki,dünən məni soruşmusan
Dostlarımdan.
Sən nə əcəb? Səndən belə...
Maraqlandın mənlə belə...
Soruşmusan ki,necəyəm,
Mən necəyəm?
Necə olum?
Sən gedəni itirmişəm xoşbəxtliyi,
Sən gedəni...
Elə bil ki,nəsə çatmır yaşamağa,
Elə bil ki,tərk eləyib ruh bədəni.
Dünən məni soruşmusan,
Mən necəyəm?
Heç bilmirəm hansın deyim,hansın sayım...
Danışmağı bacarmayan rəsimlərin,

Bir də yaman soyuq bu gecələr,
Üşüyürəm,
Qızınmağa bəs eləmir soyuq çayım,
Nə də sənli düşüncələr...
Dünən məni soruşmusan,
Mən necəyəm?...
Necə olum?!...
Ağlamıram əvvəlki tək,
Ağlamağın nə faydası?
İllər boyu düşün,düşün,
Elə düşün,
Düşünməklə lap dəyişsin görünüşün.
İllər boyu saxla yası,
Yox mənası.
Gec də olsa anlamışam,
Ağlayanda taleyimə ağlamışam.
Dünən məni soruşmusan,
Mən necəyəm?
Necə olum?
Yenə gecə hücüm çəkir üzərimə,
Yenə təkəm.
Nə olsun ki,xəyalın da gəlir-gedir,
Ruhum təkdir...
Nə olsun ki,işıqları söndürmüşəm?
Nə olsun ki,qaranlıqdır,sakitlikdir...
Artıq yuxu gələn deyil,
Sən gedəni
Mən yuxumu öldürmüşəm...
Nə olsun ki,əynimdədir gecəliyim?...
Mən necəyəm?
Necə deyim?
Vallah yoxdur necəliyim...
Eşitdim ki,dünən məni soruşmusan.
Evliyəmmi,yoxsa ki,yox?
Sevmişəmmi səndən sonra?
Sən soruş ki,yaşamışam səndən sonra?
Nə bilime,çox heyif,çox...
Heyif,sənlə keçirtdiyim o günlərə,
Böyütdüyüm ümidlərə...
Xəyallara,arzulara,
Heyif,sənli fəsillərə...
Çox heyif,çox...
Ən pisi də unutmadım sözlərini,
Unutmadım dizlərimdə yatmağını,
Kədərini atmagını
Unutmadım...
Unutmadım gözlərini,
Baxışını,
Unutmadım gözlərinə hər baxanda,
Ürəyimə məhəbbətin axışını...
...İndi yoxsan,əllərimi tutmamısan.
Sənsiz soyuq bir otaqda,
Tir-tir əsən dizlərimdə yatmamısan.
Artıq yoxsan...
Nə olsun ki,rəsmlərin gülümsəyir?
Nə olsun ki,onlar məni tərk etməyib?
Sən etmisən...
Şah damara həsrətini yeritmisən...
İndi söylə,axı necə gülümsəyim?
Şəkillərdə gülən SƏNə
İllər öncə dediyimi necə deyim?
Necə deyim...
Səni sevirəm hələ də...
Mən necəyəm?
Necə olum?
Bildiyin kimi,belə də...

 

 

Müəllif : Məlik Cahan

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 322
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri