İki dünya

Müəllif: Fialka
Şərhlər: 3
Baxılıb: 2 188
Səs ver:
(səs: 1)
İçimlə çölüm əks-
içimdə cəhənnəm,
çölümdə cənnət.
İçimdə tonqallar,
ocaqlar yanır,
çölümsə, cənnət bağı -
gözəlliklə, naz-nemətlə doludur.
Təpədən-dırnağa
od-alovam, yanıram.
İçimdəki tonqalları
heç kim görmür, alışmır,
tək dözürəm bu yanğıya,
bu dağa.
Çölümdəki gözəlliksə,
məni deyil,,
özgələri yandırır.
Heç kim görmür,
heç kim bilmir -
içimdəki tonqalların
işığıdır gözümdəki qığılcım,
içimdəki yanğıların közərtisi
yanağıma çökübdür.
Mən neyləyim? Allah mənə
can yerinə od veribdir -
"içi özümü, çölü özgəni
yandırır".
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 188
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri