Xəyalımla üz-üzə

Müəllif: Miss_Angel
Şərhlər: 4
Baxılıb: 1 470
Səs ver:
(səs: 1)
Dünən xəyalımla üz-üzə gəldim,
Başını yelledi keçdi yanımdan.
Dur, gedtmə, söylədim gedəcək sandım,
Bir anlıq ağlımı aldı başımdan.

Durdu bir tərəfdə seyir etdi məni,
Sonra sual verd,i susdum dayandım.
O sual məni çox pərt etdi amma,
Düşündüm yene də xəyala daldım.

"Niyə yadlaşılar axı insanlar?"
"Ele bil heç bir şey olmamış kimi."
Verdi bu sualı, sonra da susdu,
Ele bil heç sual verməmiş kimi.

Söylədim "bilmirəm" güldü üzümə,
Dedi ki, "bilirdim bilmyəcəksən."
"Səni kürəyindən vuran kəsləri,"
"Səhvini görərək dinməyəcəksən?"

Dost sözü qirilmaz zəncirə bənzər,
Özündə çox böyük mənanı gizlər.
Gərək ki, dosluqda möhkəm olasan,
Yoxsa dosluq özü məhv ola bilər.

Ediyim hər bir səhv böyüdü məni,
Mən düçar oldumsa dost zərbəsinə,
Heç nəyi bilmədim sansınlar məni,
Şairlər sarılmır öz kölgəsinə.

Böyüklük qoy hər zaman məndə qalsın,
Mən axı zərbəyə layiq deyiləm.
Məni kürəyimdən vuran dostlarım,
Anlasın, əyilən-sınan deyiləm.

Bu dəfə xəyalım susdu, dinmədi,
Sadəcə bir kəlmə söylədi mənə:
"Ey şair nə qədər möhkəmsən"-dedi,
"Mən heyrət eylədim bu möhkəmliyə."
 
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 470
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri