Vaxt olur...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 1 715
Səs ver:
(səs: 2)
Vaxt olur, ox kimi çıxır yayından, 
Vaxt olur, yay kimi qırılır insan. 
Bir gündə neçə yol ölür, qurtarır, 
Bir gündə neçə yol dirilir insan.
 
Batır saray kimi, çökür him kimi, 
Talelər sərtləşir sərt iqlim kimi.
Nəm çəkən, qəm çəkən sarı sim kimi, 
Zora düşən kimi qırılır insan.
 
Gözündən vururlar, görmür dünyanı, 
Dizindən vururlar, tökülür qanı. 
Əriyə-əriyə üzülür canı, 
Yeriyə-yeriyə yorulur insan.
 
Yollarda qazanır günahı, suçu, 
Halaldan, haramdan karvanı, köçü. 
Palçığa baxanda bulanır içi, 
Çeşməyə baxanda durulur insan.
 
Qisməti savaşdı yaranışından, 
Keçdi fəsillərin qarlı qışından. 
Dərdlə ayağından, qəmlə başından, 
Sözlə ürəyindən vurulur insan.
 
Pay olur küləyə, yem olur yelə, 
Dərd çapır atını belədən-belə. 
Yaş olub çevrilir yağışa, selə, 
Daş olub divara hörülür insan.
 
2002, 4 iyul
Zəlimxan Yaqub (Allah rəhmət eləsin)
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 715
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri