Yolunu gözləyirəm

Müəllif: my_angel
Şərhlər: 5
Baxılıb: 3 389
Səs ver:
(səs: 3)
Gərək qoymayaydım səni getməyə,
İndi hər bir şeyə peşman olmuşam.
Sevgim qürurumla barışa bilmir,
Mən özüm-özümə düşman olmuşam.

Düşünürdüm səni itirməyəcəm,
Nə biləydim ürək güman yaşadır.
Səndən sonra dərk etdim ki qürur yox,
Məhəbbəti təkcə inam yaşadır.

Qəlbim sənsizliyə alışa bilmir,
Sənsiz bu həyatın nə mənası var?
Sevgini əbədi yaşatmaq üçün,
Ürəyin ürəyə təmənnası var.

Arxanca sürünən kölgədən qorxma,
Səni hər bir zaman izləyirəm mən.
Bir gün hiss etsən ki tənha qalmısan,
Unutma! Yolunu gözləyirəm mən...
(səs: 3)
Şərhlər: 5
Baxılıb: 3 389
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri