Ümid sənədir ancaq Azərbaycan əsgəri

Müəllif: heyatim_menim
Şərhlər: 12
Baxılıb: 686
Paylaş:
Səs ver:
(səs: 2)
Uzanır danışıqlar,
imzalanır sənədlər.
Xəritədə aləmə
Göstərilir sərhədlər.
Səsimizə səs verir
Dünya başbilənləri;
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Dəyirmi masalarda
İzi var dirsəklərin,
Ağla sığan söhbəti,
Sözü var dəstəklərin.
Yardım bağlamasında
Özü var dəstəklərin,
Lap ləl-cavahir olsun
Hər yardımın dəyəri.
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Diplomat cənablarin
Hər biri hörmətlidir.
Bu məqamda ölkəmə
Təşrifi qiymətlidir.
Səyi təqdirə layiq,
Rəyi ədaletlidir.
Gözdən-nəzərdən salan
Kimdir ki, bu işləri?
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
İşğal altında qalır
Torpağımız-daşımız,
Nələr görmür gözümüz,
Nələr cəkmir başımız…
Qarışıb bir-birinə
Baharımız-qışımız.
Çadır göstərmək olub
Hər çatana peşəmiz.
Sərgi olmasın deyə
Bu Mil-Muğan düzləri,
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Ali qonaqlar gəlir
Dünyanın hər yerindən.
Ürək yanır, göz dolur
Şəhid qəbirlərindən.
Düşünüb daşınıram
Özlüyümdə dərindən;
Intiqam ala bilməz,
Məzarları bəzəyən
Ehtiram çiçəkləri
Ümid sənədir ancaq,
Azərbaycan əsgəri!
Söhbətlər çözələnir,
Bir şey görünmür hələ,
Heyyətlər təzələnir,
Bir şey görünmür hələ.
Müddətlər təzələnir,
Bir şey görünmür hələ.
Açılmır ki, açılmır
Düyünü bu torpağın.
Qov alışa bilərmi,
Od saçmasa çaxmağın?
Ildırımlardan belə
Umma bu zərrələri,
Umid sənədir ancaq,
Azərbaycan əsgəri!
Sülhə qurban kəsərəm,
Mən də qan istəmirəm!
Təzə-tər qərənfilli
Xiyaban istəmirəm!
Tükenir səbrim fəqət,
Sazişlər,
Qətnamələr,
Bəyanatlar
Kifayət!
Ziyafətlər
Kifayət!
Ziyafət dumanında
Nəzakətlər kifayət!
Yurdsuzlara yurd olan
Biyaban istəmirəm!

Yellənsin sülh bayraği!
Bu bayrağa kam baxan,
Həm baxmayan,
Həm baxan
Bədguman istəmirəm!
Sevindirsin milləti
Qoy sülhün şad xəbəri,
Ümid sənədir ancaq,
Azərbaycan əskəri!!!

Qiraət ustası Ağalar Bayramovun ifasında səslənən şeirin kompozisiyası.

loading...
(səs: 2)
Şərhlər: 12
Baxılıb: 686
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
heyatim_menim
ALLAH BUTUNN ESGERLERMIZI QORUSUN SAG SALAMAT ESAS ATA ANASININ YANINA DONSUNLER INANIN NE QEDER UZULSEYDEK VALIDEYINLER QEDER CANIMIZ YANMAZ AMMA BUNLAR BU ACINI OMURLERI BOYU YASAYACAQLAR.ALLAH VETENIN KESIYINDE DURAN HER BIR BENDESINI QORUSUN AMIN INSAALLAH.
24 aprel 2016 00:00
12
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
Şəbnəm Vüsal
Allah əsgərlərimizə dayaq dursun.Allaha emanət olun.VƏ qoyub getdiyiniz sevdiklərinizin yanina sag salamat gəlin
23 aprel 2016 23:26
11
Səndən sadəcə bir istəyim var hər zaman həyatımda,yanımda , qəlbimdə ən əsası sol yanımda ol Vüsal.Cünki səni coooooooox S E V İ R Ə M ♡
Offline
Miss_Oxatan
gozel werdi esil bizim meselemize aiddir.iki uc amerika,fransa dilgiri maydanoz olub duwubler ortaliga.herden de rusun fitine gelen ermeni digasi duwur ortaliga esgerlerimizin gullesine tuw gelib geri donurler.bizde de aliqarx balalari vannada pul banyosu yapib yatir wellenir olan xalqin kasib balalarina olur.vetenin olumunden sonra ordenleri wehidlere,neftinin qazinin pulu da wellenen risofkalara.dunya birliyi helede bu edaletsizliklere neter dozur bilmirem de.gozumde qaldi gorub ewidem ki hansisa memur ya da aliqarx balasi wehid oldu.Allaha agir getmesin bu sozum InwAllah.ama faktdir.sonra da deyirem Allah ozu bilir de kimi wehadet zirvesine yukseldib sorgu sualsiz cennete buyurmaq lazimdir.pul banyosu qebul eden hara cennet hara?
23 aprel 2016 23:23
10
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Offline
savior angel
allah butun esgerlerimizi qorusun hec kesi gozu yawli qoyma YA REBBIM
23 aprel 2016 21:47
9
Heç vaxt səni heç kesle muqayise elemerem..!Çünkü menim uçun sen En Yaxsisan :)!!
Offline
vipbetul
gozel seirdir heqiqetende UMUD SENEDIR ANCAQ AZERBAYCAN ESGERI

gozel seirdir heqiqetende UMUD SENEDIR ANCAQ AZERBAYCAN ESGERI
23 aprel 2016 20:43
8
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
YalniZ-ArZu
Allah butun esgerlerimizi qorusun.
WEHIDLERIMIZE REHMET DILEYIREM:((
23 aprel 2016 20:10
7
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.
Offline
sadece_men
Butun dualarimiz sizin ucundur
23 aprel 2016 19:00
6
Offline
Kölge
Allah seni qorusun Azerbaycan esgeri!!!!!!
23 aprel 2016 18:59
5
Her şeye gore şukur
Offline
yarpaq33
Onsuzda her zaman umud esgerlerimizedir Allah butun esgerlerimizi qorusun inwAllah her bir sag salamat isti yuvasina qayidar
23 aprel 2016 18:56
4
Rebbinin adini zikr et ve ozunu tamamile Ona hesr et
Offline
Aybə
Allah döyüş bölgəsində və bütün əsgərlərimizo qorusun.Aminnn.
23 aprel 2016 18:26
3
Hamınız insan bədəninə həbs olubmuş bir kəpənəyik..Əlbət bir gün qanadlarımızı açarıq..
Offline
Totu
ALLAH SENİ QORUSUN AZERBAYCAN ESGERİ.AMİN İNŞALLAH
23 aprel 2016 17:36
2
Offline
BARBI
Butun umidimiz esgerlerimizedir. Onlar vetenimizi goz bebeyi kimi qoruyur
23 aprel 2016 17:35
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv