Ayrıldıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 130
Səs ver:
(səs: 0)
Bu gün ayrılığın təbili çaldı
Daha bir məhəbbət yarıda qaldı
Bütün sevincimi əlimdən aldı
Mən qəm hədiyyə etdi sevdiyim

Sevən tərk edildi, tək qaldı yenə
Budurmu ədalət? söyləyin mənə
Ayrılıq dağını vurub bədənə
Ruhumu dağladı, diddi sevdiyim

Hər gecə ağladım mən zülüm-zülüm
Çətin əvvəlki tək danışım, gülüm
Deyirdin "Bizi tək ayırar ölüm"
Ömrümüz sonamı yetdi, sevdiyim?

Mən lap pis olurdum o pis olanda
Ölürdüm gözləri yaşla dolanda
Əriyib əlimdən çıxdı bir anda
Əlvida demədən getdi sevdiyim

Nə mən Məcnun oldum, nə sən Leylisən
Mən əsil sevənəm, sən tüfeylisən
Qəmi düçar etdin mənə xeyli sən
Əyildi aşiqin qəddi, sevdiyim

Müəllif: Rüfət Sabirli
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 130
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri