Gəl gedək buralardan

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 3 259
Səs ver:
(səs: 0)
Daha səbr vaxtı deyil,
Can qurtaraq yaralardan,
Gəl göz yaşı axıtmayaq,
Gülək, gedək buralardan.

Bir kimsə görməsin bizi,
Gəl götürək sevgimizi,
Burda qoyub dərdimizi,
-Silək, gedək buralardan.

Gəl adlayaq hər çətini,
Yaşayaq eşq cənnətini,
Sevgimizin qiymətini,
-Bilək, gedək buralardan.

Ötürməyək bu payızı,
Orda qarşılayaq yazı,
Allahdan istəyək arzu,
-Dilək, gedək buralardan.

Qəlbimizdən vurulmamış,
Fələk bizə tor qurmamış,
Əzrayıl yolda durmamış,
Zirək gedək buralardan...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 259
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri