"Küsəyənim"

Müəllif: heyatim_menim
Şərhlər: 8
Baxılıb: 2 033
Səs ver:
(səs: 0)
Eşqin özündədir qəribə sirlər,
Məgər şirin sözdən küsərmi insan?
Artar küsəyənin payı, - deyirlər,
Sənə sevgim artır, sən küsən zaman.
Bəzən yol açırsan, kimsəsizliyə,
Qalıram dəryada tək ada kimi.
"Xudafiz"- bilmirəm niyə,
Səninçün səslənir "əlvida" kimi?!
Sənə tapılarmı tay, küsəyənim?
Qulluq edənim yox, iş görənim yox.
Axı sən küsəndə, ay küsəyənim,
Mənim küsü aşı bişirənim yox.
Eyni ürək vurur iki sinədə,
Mənim bir sevimli küsəyənim var.
Səhər ayrılırıq, axşam yenə də,
Küsəyən adında gözləyənim var...

Nəbi Xəzri
(səs: 0)
Şərhlər: 8
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri