Şəhidlərin şeiri...

Müəllif: Onun_Mələyi
Şərhlər: 3
Baxılıb: 3 031
Səs ver:
(səs: 1)
Bu vətən , bu torpaq mənimdi deyib
Üstündə vüqarla gəzdi şəhidlər.
Əyninə qanından bir köynək geyib düşmənin yolunu kəsdi Şəhidlər.
Təki vətənimiz düşməsin dara
Baxmayıb soyuğa , borana , qara
Cavab vermək üçün o azğınlara
Hər bir çətinliyə dözdü Şəhidlər.
Arzusu göylərə , yerə sığmayan
Araza sığmayan , Kürə sığmayan
Nağıla , dastana , şerə sığmayanən ali , müqəddəs sözdü Şəhidlər.
Torpaq götürməsin bu qanı , qardaş Gözləriniz yoxdu torpaq tökülə
Telləriniz yoxdu sığal çəkilə
Cəsədiniz yoxdu kəfən bükülə
Biz necə oxşayaq yaranı,qardaş,
Torpaq götürməsin bu qanı,qardaş.
Əliniz ümiddən qopmayıb hələ
Qanınız torpağa hopmayıb hələ
“Sevirəm”kəlməsi tapmayıb hələ
Qəfil güllə tapdı sevdanı , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş.
Bəlkə ana,bacı kitiyə , dönə
Yandıqca bir yanar körüyə dönə
Bu yoldan çətin ki , geriyə dönə
Vətən çətin dönüb usanır , qardaş,
Torpaq götürməsin bu qanı , qardaş ,
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri