Buna sevgi deyirlər

Müəllif: Barbaris
Şərhlər: 7
Baxılıb: 3 067
Səs ver:
(səs: 0)
Ürək tez-tez döyünür
Dil sözüylə öyünür
Xəyallara bürünür
Buna sevgi deyirlər.

Yerə- göyə sığammırsan
Gözü yoldan yığammırsan.
Heç yerində durammırsan
Buna sevgi deyirlər.

Eşqin odunda yanırsan
Bəzən gizlədib danırsan.
Aləm sənindi sanırsan
Buna sevgi deyirlər.

Nə beynindən atanmırsan
Nə də alıb satanmırsan
Gecələri yatanmırsan
Buna sevgi deyirlər.

Məhv eyləyir dərdin səni
Tam bezdirir səbrin səni.
Parçalayır qəlbin səni
Buna sevgi deyirlər...
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 3 067
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri