Özüm özümə

Müəllif: YalniZ-ArZu
Şərhlər: 11
Baxılıb: 2 409
Səs ver:
(səs: 2)
Hərdən sevə-sevə, guya sevildim
Bir sevgi uydurdum özüm-özümə
Atlı şahzadəydin düşdün izimə
Bir nağıl uydurdum özüm-özümə

Bəzən sevinərək, bəzən gülərək
Xoshbəxt sanıb güldüm özüm-özümə
Bəzən ağlayaraq, kədərlənərək
Bədbəxt sanıb yandım özüm-özümə

Kimsə duymayacaq, heç bilməyəcək
Nə dağlar çəkirəm özüm-özümə
Kimsə ah-naləmi eşitməyəcək
Yalnız mən həyanam özüm-özümə.

Tənhalıq yamandır, dedim özümə
Vəfalı yar gəzdim özüm-özümə
Bir həmdəm tapmışdım sanki özümə
Onu da çox gördüm özüm-özümə

Bütün günahları aldım üstümə
Hamını güldürdüm özüm-özümə
Bağışlamır məni bircə sözümə
Bağışlarmı ölsəm özüm-özümə

Səni incitmişəm haqqı deməklə
Kimsə dinləmir ki, sözüm-özümə.
Məni küsdürmüsən sərt bir sözünlə
Yalnızam dünyada təkəm özümlə.

Bunla nağıl deyil, real həyatdır
Sevgim yalan deyil, dərddir özümə
Ölüb-dirilirəm özüm-özümə
Bir həyat uydurdum özüm-özümə.

Ellər qınamasın, unutmuramsa,
Bir qara sevdadır baxmır sözümə
Heç kim qınamasın, tənha qaldımsa,
Artıq sevgim yalnız, mənim özümə!
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 2 409
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri