Döndün

Müəllif: Efsuw2016
Şərhlər: 4
Baxılıb: 1 590
Səs ver:
(səs: 1)
Köksümdə alışan ürəksən mənə
Yandın qığılcımlı közlərə döndün
Gözümdə sevincdin çevrildin nəmə
Məni dəli edən sözlərə döndün

Səndin dilədiyim səndin umduğum
Zalımın mənəmsə ürək vurduğun
Gözümün içində gizli tutduğum
Günahkar boylanan gözlərə döndün

Söylə həsrətindən bir çarə mənə
Nələr yaşatmısan biçarə mənə
Xatirə olmuşam xatirə mən
Sən tanımadığım üzlərə döndün

Əridin qəlbimin gözü önündə
Şöləsiz işıqsız şam kimi söndün
Bu dəli ruhumun özü özündə
Taqəti tükənmiş dizlərə döndün

Sən sonsuz zirvələr uca dağ idin
Ömürdə əvəzsiz gözəl cağ idin
Səən bahar nəfəsli gözəl bağ idin
İndi səhralara düzlərə döndün
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1 590
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri