Həyatımızın ayrılmaz bir parçasına çevrilən qulaqcıqları sevdiyimiz rəng dırnaq boyaları ilə rəngləndirək.
Qadınlar.biz təqdim edir.
Lazım olan ləvazimatlar:
Ağ qulaqcıq
Dırnaq boyaları
Yapışqan bant(skoç)
Hazırlanması:
Qulaqcığın üzərinə müxtəlif məsafələrdə yapışqan bantları yapışdırın.
Bant yapışdırmadığınız hissələri fərqli rənglərdə dırnaq boyaları ilə rəngləyin.
Daha sonra bantları açın və qulaqcığın bant bağlandığı üçün rəngsiz qalan hissələrini də dırnaq boyaları ilə ehtiyatla rəngləyin, quruması üçün bir kənara qoyun.
Rəngli qulaqcıqlarımız hazırdır. Sağlıqla və gülə-gülə istifadə edin.