Talantlı ingilis rəssamı Mark Speyn "Medwey College of Art" kollecində təhsil alıb.
Rəssamın işləri bir çox sərgilərdə, həmçinin "Chelsea”, "Hampton Court” qalereyalarında nümayiş etdirilib.
Rəsm əsərlərində Mark Speyn qadın gözəlliyini mahircəsinə təsvir edir - qadının əhval-ruhiyyəsini, tənhalığını, cazibəsini özünəməxsus formada çatdırır.
Mark Speyn daim təcrübələr etdiyini söyləyir. Rəssamın əsas məqsədi rəsm həvəskarının qalereyaya daxil olarkən onun rəsmlərinə baxıb özlərini ayrı bir dünyada hiss etmələrini təmin etməkdir.