Televiziya aparıcısı

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 14 214
Səs ver:
(səs: 3)
XX əsrin möcüzəsi sayılan televiziya XXI-ci əsrə möhtəşəm inkişaf sürətilə qədəm qoydu. Etiraf edək ki,biz bu gün qlobal internet sisteminin kommunikasiya qüdrətindən nə qədər danışsaq da, hələlik televiziya öz təsir gücünü göstərməkdə davam edir. Qəzet jurnalistindən fərqli olaraq telejurnalistin materialı kollektiv əməyin məhsuludur. Bu məhsulun meydana gəlməsində jurnalistin, rejissorun, operatorun və bir çox digər əməkdaşın birgə səyi var.Bu sırada teleaparıcının rolunu xüsusi qeyd etmək lazımdır. Televiziyanın sürətli inkişaf prosesində diktor peşəsindən aparıcılığa keçid xeyli dərəcədə ləng baş verib.Xüsusilə kommunist ideoloji maşını rolunu oynayan və dəmir senzura şəraitində fəaliyyət göstərən sovet televiziyasında hakimiyyət birmənalı olaraq jurnalist mətninə heç bir əlavə etmək ixtiyarı olmayan diktor institutuna etibar edib. Qərb teleməkanında çoxdan formalaşmış teleaparıcı peşəsi postsovet televiziya məkanına yalnız sovetlərin studiyasından sonra ayaq açıb. Deməli, aparıcı demokratik dövrün doğurduğu faktdır.
(səs: 3)
Şərhlər: 0
Baxılıb: 14 214
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri