Almanlar bu çiçəyi ,, tənbəl alicənabların gülü,, adlandırır. Bunun da səbəbi odur ki, bu çiçəklər kaprizli deyillər və xüsusi qulluq tələb etmirlər. Həmçinin bu çiçəklər müxtəlif həşəratlara və bitki xəstəliklərinə qarşı dözümlüdürlər. Ancaq bütün bunlara baxmayaraq kiçik bir qulluq göstərmək lazımdır.
Liliyanı arada ancaq kifayət qədər sulamaq lazımdır. Suyun çiçəklərə və yarpaqlara düşməməsinə diqqət yetirmək lazımdır. İslanmış çiçəklərin müxtəlif xəstəliklərə müqaviməti az olur. Eyni zamanda çiçəyi sulamaq istifadə etdiyiniz çox soyuq olmamasına diqqət edin, xüsusilə də yayda. Əks halda çiçəyin kökünü zədələyə bilərsiniz.
Lilia kğlgədə də bitən bilən bir çiçəkdi, ancaq günəş şüaları çiçəklənməsinə çox yaxşı təsir edir. Eyni zamanda lilia nəm torpağı sevmir, çünki bu zaman kökləri çürüməyə başlayır. Ona görə də çiçəyi nəmişlik az olan yerdə əkin. Vaxtaşırı gübrə verməyi də unutmayın