Təkcə qadınlar üçün deyil, yaraşıqlı görünmək istəyən kişilər üçün də bir çoxyollar mövcuddur. Düzgün seçilmiş geyim və aksessuarlar çox vacibdir.
1. Bədənə düzgün oturan geyimlər Bu cür geyimlərdə bədəninin gözəl görünməsiylə yanaşı, həm də özünü rahat və inamlı hiss edirsən. Əgəe düzgün qamətli görünmək istəyirsinizsə, bu cür geyimlər sizin ən birinci seçiminiz olmalıdır.
2. Qarışıq stillər Dəbdə olan hər şeyi sınamaq məcburiyyətin yoxdur və bu sənə heç lazım da deyil. Daha yaxşısı qaydaları pozmaq və tərzləri zövqlə qarışdıraraq, öz stilini yaratmaqdır.
3. Məzuniyyət geyimləri Hər bir kişi məzuniyyətə gedərkən 1 sadə ağ köynək, 2 sviter, 3 qısaqol köynək və cins şalvar götürməlidir. Ayaqqabılardan makasin və ya sandalları aparmaq olar.
4. Yaşın əhəmiyyəti yoxdur 20 və ya 60 yaşı olmasından asılı olmayaraq, hər bir kişi məkana görə rahat cins və ya kostyum geyinə bilər.
5. Saat vacibdir. Kişinin saat üçün bir neçə variantı olmalıdır. Məzuniyyət üçün, gündəlik taxmaq və ya idman üçün.. Ümumiyyətlə saat kişidə qadında ətir olduğu qədər əhəmiyyətlidir.
6. Heç vaxt köhnəlməyən şeylər Kişi qarderobunda heç vaxt köhnəlməyən şeylər dəri kurtka və yaxşı klassik kostyumdur.
7. Şərfsiz mümkün deyil. Kişiyə ən çox yaraşan aksessuar da məhz şərfdir. Qarderobunda nə qədər çox şarf varsa, bir o qədər yaxşıdır.