Kişilər bu işləri bacarmırsa... - Mütləq oxuyun

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 161
Səs ver:
(səs: 0)
Yalnız kişilərin deyil, əslində bütün insanların həyatda qalması üçün bilməsi vacib olan məlumatlar var. Yığdığımız məlumatlarda bu dəfə kişilərə təkliflərimiz olacaq. Axmaq kimi görünməmək, həyatın və insanların xeyri üçün bunları bilməlisiniz. Amma bir az vaxt ayırmağınız lazımdır.

Qadinla.com odun necə qalanmağından tutmuş, qalstukunuzu bağlamağa qədər nə vaxtsa ehtiyacınız olacaq məlumatları təqdim edir:

1. Kişicəsinə salamlaşmaq necədir?

Qarşı tərəflə göz təması yaratmağınız vacibdir. Eyni zamanda gülümsəyərək baxmağınız da əslində olduqca gözəldir. Və əl verərkən çox zəif, ya da çox sıx olmayacaq şəkildə əlisıxın.

2. Təkər necə dəyişdirilir?

Dərhal sürətli mərhələlərini yazaq: Açarı ilə ventləri çevirib boşaldın. Sonra danqrat ilə avtomobili qaldırın. Ən sonunda datəkəri dəyişdirin.

3. Ocaq necə qalanır?

Yarpaqlardan bir topa hazırlayın. Sonra ağaclarla bir təpəcik yaradın. Bunun çox böyük olması şərt deyil. Yarpaqları hər tərəfindən yığın. Od yandıqdan sonra ona əlavələr etməyi də unutmayın.

4. Paltarlar necə yuyulur?

Özünüz üçün bunu öyrənməlisiniz. Çirkli paltarlarınız üçün birinə ehtiyacınız olmamalıdır.

5. Qarşı tərəfi qorxutmadan necə sevgi yaratmaq olar?

Bəli cənablar, bu olduqca əhəmiyyətli bir məsələ. Qarşı tərəfə yaxınlaşanda diqqətli olmalısınız.

6. Marketdə alış-veriş necə edilir?

Bunun üçün siz evin bütün ehtiyaclarını bilməlisiniz və bu zaman marketdə nə alacağınız bəlli olacaq.

7. Qalstuk necə bağlanır?

Həyatınız boyu məşğul olmaq məcburiyyətində qalacağınız bir şey qalstuk bağlamaqdır. Ətrafınızdakı insanlara yalvarmaqdansa, ən asan qalstuk bağlama texnikalarını öyrənməlisiniz, sizin xeyirnizə olacaq.

8.Yumruq necə vurulur?

Şiddətə qarşıyıq amma lazım olan hallarda özünüzü qorumalısınız. Gücünüzə nəzarət etməyiniz yumruq atmağınız zaman olduqca mühümdür.

- Hansı əlinizlə yumruq atacaqsınızsa o ayağınız arxada olmalıdır.

- Qvardiya almağı unutmayın, bu olduqca əhəmiyyətli bir mərhələ.

- Yerdən gələn enerjini hiss edin.

- Bədəninizi və kürəyinizi arxaya verərək irəliyə yumruq atın.

9. Təraş olmaq üçün ən asan yol hansıdır?

Kremlə, sabunla və ya yağlarla dərinizi təraş olmağa hazırlamalısınız.

Ülgüclə və ya təraş maşınları ilə bu işi görə bilərsiniz.

Sonra dərinizin rütubət nisbətini təmin etməyiniz olduqca mühümdür. Bunu da, C və E vitamini ilə həll edin.

10. Uşaq necə tutulur?

Uşağınızı tutmağın müxtəlif yolları var. İlk yan təbii və asan olanı. İkinci yan isə qaz çıxaracağı zaman etməniz lazım olan şəkildir. Üçüncü şəkil isə göz təması qurmağınız üçün önemlidir. Dördüncü mövqe körpəniz özünü güvəndə hiss etməsi üçündür, son mövqe də uşağınızı yedirərkən onu tutmağınız lazım olan mövqedir.

11. Paltar necə ütülənir?

Bu da öyrənməcəyiniz lazmlı məsələlərdən biridir. Ütünün suyunu isidin, ütü izlərinə görə paltarınızı ütüləmək lazımdır. Zamanla daha yaxşı ütüləyəcəksiniz, sadəcə bir az öyrənin.

12. Peşmanlıq hissini necə keçirək?

Səhvlərinizi kəşf etməli və onlardan dərs almağı öyrənməlisiniz. Keçmişə baxaraq hərəkət edin. Bir çarə tapmalısınız, daha da üstünə artırmalısınız.

13.Düyün necə vurulur?

İstər dənizçi düyünü olsun, istərsə qalstuk düyünü. Yaxşı bir düyün vurmağı öyrənməniz sizin xeyirnizə olacaq.

14. Pencək hardan düymələnir?

Ən üstdən bəzən düymələnir.

Ortadakı düymə hər zaman ən doğru düymələmədi.

Ən altdakı düyməisə heç bir zaman düymələnmir.

15. Düymə necə tikilir?

Sapı iynəyə keçirin.

İynəni düyməyə taxın.

Tikməyə başlayın.

Tikişləri möhkəmləndirdikdən sonra düyün atın və ipləri kəsin.

16. Nahar zamanı çəngəl - bıçaq harada istifadə edilir?

Bu da olduqca önəmli bir addımdı. Hansı stəkanda su, hansında içki içilir öyrənilir. Öyrənib tətbiq etdiyiniz bu məlumat, sizi çətin vəziyyətə düşməkdən xilas edəcək.

17. Gecə klubuna necə girilir?

Bir gün bunu etmək istəsəniz, qapıda əlil olmayın, ya da yanınızdakı insana rəzil.

18. Hansı çiçək nə zaman göndərilir?

Qarşı insanın sevdiyi çiçəyi bilirsinizsə problem yoxdur. Lakin hisslərinizi ifadə etmək istəyirsinizsə və bunun üçün çiçəklərdən istifadə edəcəksinizsə təklifimiz var:

Qırmızı gül, məhəbbəti ifadə edir. Ağ gül saflığı, çəhrayı gül isə ona duyulan heyranlığı göstərir.

Anlayış gözlədiyiniz birinə qırmızı lalə, sizə güvənməsini istədiyiniz birinə də lilyum göndərin.

Təbii ki, bunlar qarşı şəxslərə eyni mesajı verəcəyini bilmirik, bunlar universal mesajlardır.

19. Zarafat necə edilir?

Qısası, zarafat qabiliyyətinizi inkişaf etdirin. Keyfiyyətli zarafatlar edən biri olduqda qarşı cinsin sizə qarşı marağı artır. Eyni zamanda dostlarınız arasında daha populyar olacağınız da bir həqiqətdir.

20. Yemək necə bişirilir?

Yaşamaq üçün yemək yemək məcburiyyətindəsiniz. Elə bir an gəlir ki, yeməyinizi özünüz etmək məcburiyyətində qala bilərsiniz. Həm belə hallarda rahat olmaq üçün, həm də qarşı cinsi ziyafətə dəvət edə bilmək adına işinizə yarayacaq yemək bişirin. Bildiyiniz ən az bir neçə növ yemək olsun və bunları çox gözəl düzəldin. Mətbəxdə keçirəcəyiniz vaxtı sevməyə çalışın.
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 161
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri