Kişiləri qadınlardan uzaqlaşdıran səbəblər

Müəllif: Onun_Mələyi
Şərhlər: 9
Baxılıb: 3 401
Səs ver:
(səs: 0)
Qadınlar kişilərin gözündə gözəl və cazibədar görünmək üçün daima axtarışdadırlar.Amma bəzi davranışlar var ki, nə qədər baxımlı olursan ol, həmin davranış səni diqqətdən kənar edir. Və ya əksinə qadınların normal qəbul etdikləri davranışları, əslində kişilər üçün dözülməz olur.Kişilərin qadınlarda bəyənmədikləri davranışları siz də bilmək istəyirsinizsə, mövzuyla bağlı siyahı ilə tanış olun.

Xarici görünüş.

Başlıca olaraq bunu deyim ki, kişiləri qadınlardan uzaqlaşdıran səbəblər fiziki görünüş deyil, daxili xarakterdə olan çatışmazlıqlardır. Xarakter gözəl olduqdan sonra sadəcə baxımlı olmaq da kişilərə xoş təsir bağışlayacaq.

*İstənilməyən tüklər kişilərin ilk baxışda üzlərini yan çevirəcəkləri səbəblərin əvvəlində gəlir.

*Kişilər daima qadınların hündür daban ayaqqabı geyinməsini gözləmirlər, amma heç olmasa təmiz, səliqəli və sport olsa belə qıza xarakterik bir formada olması əhəmiyyətlidir.

*Əgər hündür daban ayaqqabıda rahat gəzə bilmirsinizsə, geyinməyin. Bu vəziyyət kişilər tərəfindən heç cazibədar hesab edilmir.

*Əyləşəndə düzgün əyləşin. Belini büküb yorğun təssürratı yaradan qadınlar kişilər tərəfindən bəyənilmir.

*Dekolte geyinirsinizsə onda rahat olun.Hər dəqiqə paltarınızı düzətməyin. Mini yupkalar da bura daxildir. Mini yupkanı hər dəqiqə çəkən qızlar kişiləri əsəbləşdirir.

*Şəffaf büstqalter bağları heç də xoş görüntü yaratmır. Əksinə kişilər belə görünüşü heç bəyənmirlər.

Davranış

*Rəfiqələrinizlə bir yerdə olanda pıçıldamadan, normal söhbət edin. Bu yanınızdakı kişini əsəbləşdirir.

*Kişilər duyğuları haqqında danışmaqdan nifrət edirlər. Bunu qəbul edin artıq.

*100 il keçsə də sürücülük kişilərin gözündə ancaq onlara məxsus bir iş kimi olacaq. Bu mövzuda onlarla mübahisə etməyin.

*Qısqanclıq sadəcə onun gözündə sizi özünə güvənmiyən bir qadın kimi göstərəcək.

*Sevdiyiniz kişinin yanında rahat, sərbəst olmaq istəsəniz də, sərhəddi keçməyin. Bu onların xoşuna gəlmir.

*Kişilər bir az şıltaq qızları bəyənsələr də uşaq kimi şıltaq və tez-tez küsən qızları o qədər də bəyənməzlər.
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 3 401
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri