Sevdiyin kişini 10 dəqiqəyə tanı...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 6 307
Səs ver:
(səs: 1)
Bəziləri sevdiyi insanı tanımaq üçün illər sərf edir. Digərləri üçünsə 10 dəqiqə kifayyət edər ki, qarşısındakını "kəşf”edə bilsin. İkincilər bizim təqdim etdiyimiz testdən xəbərdar olanlardır. Olmayanlar üçünsə "Sevdiyin kişini 10 dəqiqəyə tanı ” testini təqdim edirik.
Əziz xanımlar artıq iş başına keçməyin vaxtıdır!
Onun sevdiyi idman növü hansıdır?
Əgər o . bir nəfərlik idman növlərinin fanatıdırsa , bilki qarşındakı insan azadlıq dəlisidir. O, öz azadlığını heç nəyə qurban verməz. Onun üçün ən gözəl istirahət öz fikirləri ilə baş-başa qaldığı istirahətdir.
Komanda idman növünü bəyənənlərsə, həyatla yarışırlar desək yanılmarıq. Onlar üçün hər gün mübarizədir. yarışmağı sevirlər həyatla.
Kiminlə dostluq etdiyini soruş...
Uzun illər ərzində eyni insanlarla dostluq edən namizədiniz sədaqətinə görə medala layiqdir. Amma , eyni zamanda yeniliklərin düşmeni ve keçmişə baglıdır. Dəyişiklik həvəkarı deyil. Deməli siz hələ uzun müddət onun üçün sınaq obyekti olacaqsınız. Seçdiyiniz insanın etibarını qazanmaq üçün çalışmalısınız.
Yox əgər həyatınızı bağlamaq istədiyiniz insan dostlarının sayını itiribsə,deməli olduqca ünsiyyətcil və istənilən vəziyyətə alışan insandır. Belə insanlar həyatlarında yaranan istənilən problemi də bir göz qırpımında həll etməyi bacarırlar.
Necə ödəniş edir...
Kredit kartına arxalanan insanlar –ambisiyalı və özünə inamlıdırlar. Onlar konkret məqsədlərə doğru irəliləyirlər.
Nəğd ödəniş- müstəqil ,azad fikirli insanları xarakterizə edir.
Əgər seçdiyiniz namizəd cibində pul gəzdirmirsə-deməli başqalarının hesabına yaşamağı seviBu insanlarla ünsiyyət sizə yalnız təssüf hissi yaşada bilər.
Pis vərdişlərini araşdır...
Əgər o, etiraf edirsə ki, ən zəif nöqtəsi pullu oyunlardır, deməli risk həyatının mənasıdır. Real həyatla barışa bilməyən insanlar məhz qumar oyunlarının hərisidirlər. Optimistdirlər.Amma unutmayaq ki, opimistlik də çərçivəsini keçdikdə -arsızlıq hesab olunur.
Siqaret düşgünü- Bu insan stabil xarakterə malik deyil. Deməli onunla bir yerdə addımlamaq çətin olacaq. Onunla qurduğunuz stabil gələcək planlarınız sual altında qala bilər.
Spirtli içkilərə meyl göstərirsə - inamsızlığını konpensasiya edir. Özünə inamsız və həyatdan nə istədiyini bilməyən insandır.
Hansı formada ünsiyyətə can atır?...
Internet vasitəsi ilə -möhkəm xarakterli insandır. Amma dediklərini redakte etmək imkanı, onun real həyatda olduğu kimi ozünü təqdim etmədiyinə də dəlalət edir.
Sms, çat və ya anında mesaj- Sizin onun haqqında nə düçündüyünüz elə ilk görüşdəcə maraqlıdır. Daima sizin diqqətinizi cəlb etməyə calışacaq!
Telefon danışığını seçirsə- hər sheyin düz olmasını, qaydalara görə görə yaşamağı xoşlayır.
Maşın sürmək tərzi...
Əgər sükan arxasında -əl qol hərəkətləri edir, digər yol iştirakçıları ilə mübahisəyə meyl göstərir və olduqca gərgin olursa – deməli həyatda da aqressiv insandır. Bu insanların davranış problemləri var.
Yox əgər hətta ən çıxılmaz vəziyyətlərdə də özünə hakim olursa , deməli bu insanla həyat həmişə nəzarətdə olacaq.
Restoranda nə sifariş edir?
Ət və kartof- etibarlı insandır. Sabit xarakterə malikdir.Ona güvənmək olar.
Ekzotik yemək-eynilikden yorulan ve gözlənilməz qərarlar qəbul edəndir.
Səliqəlidir?
Ümumən səliqəli-lakin ara-sıra səliqəsizlik edənlər -qayğısız və ünsiyyətə açıq insanlardır.
Səliqədən heç xəbəri olmayan- tənbəl
Həddən ziyada səliqə vurğunu olan- Bu insnlarla həyat çox çətin ola bilər. Onun hər işə burun soxması, hətta mətbəxi də öz nəzarətində saxlamaq fikirləri sizi özünüzdən çıxarda bilər.
Qardaşları...
Böyük qardaşdırsa-Məsuliyyətdən qorxmur. Gördüyü hər bir işin altında imzasını qoyanlardandır.
Balaca qardaş- Yaradıcı insandır. Amma özünə vurğundur.
Ortancıl qardaşdırsa- Həssas və diqqət tələb edəndir.
Gözünüzün içinə baxır?
Gözünüzün içinə baxmırsa- deməli ona etibar etməzdən əvvəl sınayın.
Yox əgər öz baxışları ilə sizi təsirinə salırsa - deməli utandırmaq və öz təsirində saxlamaq istəyir.
Gözünü qaçırırdırsa - deməli sizi gözlədiyinizdən də çox sevir.Sadəcə bunu dilə gətirməkdən çəkinir.

Neçə danışır...
Əgər tələsik və çox sürətli danışırsa -enerjili və gözlenilməz qəzrarlar qəbul edəndir. Amma özünə vurğundur.
Tələsmədən, aramla danışırsa- ayaqları üstündə inamla dayanan və həyatdan istədiyini almağı bacarandır. Onlara inanmaq olar. Gözlənilməz surprizlər etmək bu insanların tərzi deyil.
Redakte etdi: PRETTY GİRL
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 6 307
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri