Kişilər nədən danışmaz?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 680
Səs ver:
(səs: 0)
Kişilər zəif görünməkdən ya da inciməkdən qorxduqları üçün ümumiyyətlə susmağı seçərlər. Kişinizi danışdırmaq üçün nələr etməlisiniz. Onunla heç cür danışa bilmirsiniz. Bəlkə mübahisə çıxır və ya sizi dinləmir. Xeyr dərhal kədərlənib ayrılığı düşünməyin, bu mövzuda təkliflərimizi oxumalısınız.

Araşdırmalara görə kişilər inciməkdən ya da zəif görünməkdən qorxduqları üçün çarəni susmaqda və ya əhəmiyyətli hesab etməz görünməkdə tapırlar. Elə isə problem harada, niyə qaynaqlanır? Sizlərə təqdim etdiyimiz təkliflərlə siz də kişinizi danışdırmağı bacara bilər və evliliyinizi canlandıra bilərsiniz.

Kişilər Niyə  Danışmaz

Partnerinizə bir yoldaşınızla aranızda keçən mübahisə  və ya ananızın sağlamlıq problemlərini izah etmək istəyirsiniz və o qısaca "təlaşlanma, zamanla düzələr" deyərək mövzunu bağlayır. Kişilər, ümumiyyətlə dərd ortağı mövqeyində olmağı sevməzlər. Qadın hüznlərindən, ağrılarından danışarkən, kişi o mövzuda düşüncəsini söyləmədiyi kimi heç dinləməz də. Elə isə siz də içinizdən keçənləri doğru sözlərlə və tam olaraq izah edin. Tək təmkinli yaxınlaşmalısınız. Məsələn; "Hakimin səhv qərarı sayəsində doğru düz yata bilmədim. Bunun necə bir şey olduğunu sən bilərsənmi?" deyərək danışmağa başlarsınızsa, o da öz təcrübələrindən bəhs etmə fürsəti tapar.

Ciddilikdən qaçının

Zibili çölə çıxarmasını istədiyinizdə, o bu vəziyyətə nüvə tullantı rəftarı edər. Tualet təmizliyi, paltar və qab-qacaq kimi mövzulardan isə heç bəhs etməyək. O yenə kənara çəkilər, qadın isə bu vəziyyətdə dözə bilməyib partlayar. Siz nə qədər haqlı olsanız olun, danışmağa həmişə" ya da "heç" kimi bir ifadələrlə başlamamalısınız. Zarafatlı bir girişlə başlamaq yerində olar. "Haydı bir az da zibillərdən bəhs edək" kimi. Uşaq, təmizlik və ev işlərinin bir adam üçün çox bir yük olduğunu əlamətin. Partnerinizi, o güclü çiyinlərin yalnız söykənmək üçün var olmadıqlarına inandırmalısınız.

Əsəbiləşdiyinizi göstərməyin

Zamanla qadının sinirləri pozular və halıyla vəziyyət dözülməz olmuşdur. Kişi isə soyuqqanlılığını qoruyar. Sonunda olan olar və qadın ağlamaya başlar. Kişi "Ağlamanın bir faydası yox" deyərək səsini yüksəldər. Baxar ki dəyişən bir şey yox, "Ağlasın, mənə nə" deyər və bəy umarsız qabığına çəkilər. Səsinizi yüksəltmək, qabları divarlara atmaq, qapıları çarpmaq bəlkə sizə ağlamaqdan daha rahatlaşdırıcıymış kimi görünə bilər. Siz ən yaxşısı çölə çıxın və dərin nəfəslər alaraq gediş edin də gəlin. Evə döndüyünüzdə onun nə qədər səssiz və həll edilməyə hazır olduğunu görə bilərsiniz. Belə sus pus olmasının sizə necə təsir etdiyini uyğun bir dillə ona izah edin. "Səssizliyin məni çox qırır. Bu vəziyyətdə nə istədiyini anlaya bilmirəm" deyə bilərsiniz. Cavab verməyə başlarsa, "Bunu həqiqətən doğrumu anladım?" deyə sözə başlayıb söylədiyi cümləni təkrarlayın.

Kompliment demirsə

Bütün qadınların xoşuna gələr kompliment deyilməsi. Tək kişinizin ruhuna yapışan o susqunluq, içinə qapanma inadı sizi iltifatlardan məhrum edir. Bu təbii olaraq sizin ruh halınızı da təsir edir. Kişinizin ağızından iltifat sözləri eşitmək istəyirsinizsə, rəftarlarınızı nəzərdən keçirməlisiniz. Kişilər, aynanın qarşısına keçib "Bu mənə çox yaraşdı. Belə çox gözəl görünürəm" deyə öz özünə danışan qadınlar qarşısında hər vaxt səssizliyini qoruyar. Siz geyimlərinizlə səssizcə yanından dolan. İşdə o zaman cazibənizə dözə bilməz və ağızından eşitmək istədiyiniz sözlər tökülər. Mətbəxdəki bacarıqlarınızla da iltifat ala bilərsiniz. Məsələn ona uzun zamandır bişirmədiyiniz ən sevdiyi yeməyi edin. Hansı kişi ən/en sevdiyi yeməyi edən qadını iltifatsız buraxar ki…

Tərcümə etdi: PRETTY GİRL
Redakte etdi: PRETTY GİRL
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 680
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri