Kişilər üçün buxağı (ikinci çənəni) yiğmağın 5 ÜSULU

Müəllif: YalniZ-ArZu
Şərhlər: 3
Baxılıb: 2 267
Səs ver:
(səs: 0)
Bu gün bizim millətimiz, cinsi kimliyindən asılı olmayaraq, artıq çəki ilə səylə mübarizə aparır! Bu o qədər də təəcüblü deyil, xüsusən də bütün günü idman tipli bədən quruluşuna malik olan kişiləri hərtərəfli təbliğatını nəzərə alsaq!

Lakin, adi sıravi insanın həyatı parlaq reklamlardan tamamilə fərglənir və adətən bizim hər birimizin arsenalında ya pivə qarını, ya üz qırışları, ya buxaq(ikinci çənə qatı), bəzən isə bunların hamısı bir yerdə olur! Gəlin bu gün kişilər üçün buxağı(ikinci çənəni) yığışdırmağın yolları haqqında danışaq, ən azı ideala yaxın olmaq üçün.

Kardinal üsul
Ən qısa müddətdə buxaqdan(ikinci çənədən) qurtulmağın üsul kateqoriyalarından biri cərrahı müdaxilə sayılır. Lakin, bu zərurətə yalnız bir halda haqq qazandırmaq olar – bütün konservativ cəhdlər istənilən nəticə vermədikləri halda!

Üstəlik, bu ik baxışdan ən tez və asan görünən üsul sizi sonradan buxağın (ikinci çənənin) əmələ gəlməsindən qoruyası deyil. Çox güman ki, əməliyyat aparıldıqdan sonra, sizə yenədə bir sıra profilaktik prosedurlar təyin olunacaqdır, bu səbəbdən də, belə bir ciddi addım atmaqdan əvvəl, yaxşı fikirləşin, buna dəyərmi?

Müasir üsul
Müasir metodikalar kifayət qədər effektiv hesab olunurlar – limfodrenaj, miostimulyasiya və mezodissolyusiya.

Konservativ üsul
Bu bölmədə, biz bir neçə sadə məşq hərəkətləri misal gətirmək istəyirik. Onları istənilən şəraitdə yerinə yetirmək elə də çətin olmayacaqdır, üstəlik, onların yerinə yetirilməsinə sizə o qədər də çox vaxt tələb olunmayacaqdır. Lakin siz gözə çarpacaq nəticələr əldə etmək istəyirsinizsə - bununla müntəzəm şəkildə məşğul olmağa özünüz üçün bir qayda edin.

Birinci tapşırıq
Hətta iş yerində olsa belə, gündə ən azı beş dəqiqə başınız ilə imkan daxilində maksimal amplituda ilə dairəvi hərəkətlər etsəniz, siz ədəbsiz görünməyəcəksiniz.

İkinci tapşırıq
Amma bax bu tapşırıqla təklikdə məşğul olsanız daha yaxşı olar və indi siz anlayacaqsınız ki, nə üçün!:) Başınızı yuxarı qaldırın, aşağı çənənizi qabağa çəkin, maksimal dərəcədə boğazınızı gərgin vəziyyətdə saxlayın və ən azı 3-5 dəqiqə belə donmuş vəziyyətdə qalın. Maraq üçün özünüzə güzgüdə baxa bilərsiniz, bundan sonra təklikdə qalmağa dair izahatlar artıq olacaqdır!

Üçüncü tapşırıq
Bundan sonra, özünüzə rəssam obrazını uyğunlaşdırmağa cəhd edin: dişlərinizin arasında qələmi sıxaraq havada nəyisə çəkməyə çalışın. Gün ərzində bir neçə dəfə tapşırığı yerinə yetirmək məsləhətdir. Əgər sizin kollektiviniz şən və yola gedəndirsə, bunu birlikdə edə bilərsiniz. Nəticədə, üzün ideal oval formasından savayı, sizin daima yaxşı əhval-ruhiyyədə olmağınıza zəmanət verilir!

Dördüncü tapşırıq
Duş qəbul edərkən, vokal ilə məşğul olmağı özünüzə qadağa etməyin, emosional şəkildə və ürəkdən oxuyun! Bundan sonra isə saçaqlı dəsmal ilə buxaq(ikinci çənə) nahiyəsini dinamik şəkildə masaj edin, qidalandırıcı krem sürtün və proseduru əllərinizin arxa tərəfi ilə əl çalma hərəkətləri ilə bitirin.

Kompresslər
Həftədə ən azı iki dəfə kontrast kompreslər edin. Kətan salfeti əvvəlcə qaynar suya salırsınız və buxaq(ikinci çənə) nahiyəsinə sərirsiniz, sonra isə, eyni proseduru buzlu su ilə təkrarlayırsınız. Qaynar su əvəzinə kalendula və ya çobanyastığı həlimindən istifadə edə bilərsiniz, bu zərif dəri qatlarını yumuşaldacaqdır. Prosedurdan sonra kremdən istifadə etmək mütləqdir!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 267
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri