Bəy kostyumu!

Müəllif: Sweet Candy
Şərhlər: 4
Baxılıb: 3 577
Səs ver:
(səs: 0)
Bəyin kostyumu deyiləndə ağıla ən təməl gələn köynək, şalvar və pencəkdir. Sizlərə mütəxəssislərimizin fikirlərini bölüşürük.

Köynək Seçimi
Ən yaxşı köynək sizə ən çox rahatlıq verəndir. Bu nə çox dar nə də çox bol olmamalıdır. Köynəyin ideal boy uzunluğu pencəyin boynu altında təqribən yarım barmaq aşağı olmasıdır.

Köynəyin yaxası, boyun hissəsi və bədəninizi əhatə edən digər sahələrinin tamamı diqqətlə incələnməlidir. Tikişlərdə xətaların, söküklərin olmamasına və seçiminizin pambıq olmasına xüsusi diqqət yetirin. Köynəyin ən çox görünən hissəsi yaxası olacağı üçün pencəyin altında bir biriylə uyğun olması lazımdır.

Əyər uzun və dar üzlü biri isəniz uzun yaxalı köynək geyməyin. Yuvarlaq üzlü isəniz geniş yaxalı köynək geyməkdən imtina edin. Bu vəziyyətdə İngilis tərzli olan qısa bir qalstuk və ya kəpənək tipli qalstukla düz yaxalı köynək geyinəbilərsiniz. Yaxası və boynu sizi sıxmırsa sizin əyninizə tam oturmuşsa o köynəyi alınız. Ancaq köynək rəngində açıq rənglərə üstünlük veriniz.Çünkü tədricən yaranmış tərləmənin görünməməsi üçün ən yaxşı variant budur.

Şalvar Seçimi
Şalvarda diqqət etməyiniz gərəkənləri qısaca nəzərinizə çatdırmaq istəyirik. İlk növbədə şalvarın ayaqlarının uzunluğuna diqqət yetirin. Bu geyindiyiniz ayaqqabının üstünə toxunmalıdır. Şalvarın beli sizi sıxmamalıdır.

Şalvarın ayaq hissəsinin tikisinin düz olmasına diqqət yetirin. Bir vaxtlar qırçınlı şalvarlar və enli balaq (trapesiya) şalvarlar dəbdə ikən, günümüzdə bu dəb öz yerini düz stillə buraxmışdır. Əsas şalvarın çox dar olaraq bədəninizə yapışmamasına fikir verin. Çünkü şalvar oturub duranda 1-2 sm genişləyir. Sonra xoş olmayan nəticələrlə üzləşə bilərsiniz. Şalvarın ağı sizi sıxmamalıdır. Alacağınız şalvarın bel hissəsinə, cib və ayaq tikişlərinə, düyməli isə düymə yerlərinə baxın. Ayaqlarının uzunluğunun bərabər olmasına diqqət yetirin.

Qırışmış tikilişin olmamasına və ya səhf tikilmədən ötürü söküb təkrar tikərkən parçada meydana gəlmiş zədələnmələrin olmamasına diqqət yetirin.

Pencək Seçimi
Alacağınız bəylik kostümünüzü seçmək üçün təqribən 2 ay əvvəlcədən axtarmağa başlayın. İşdən çıxarkən və ya boş vaxtlarınızda şəhərdəki dükanların önündən keçərkən heç olmasa bir dəqiqə ayaq saxlayıb modelleri süzün. Sizə xoş təsir bağışlayan modeli tapdığınızda zövqünə çox güvəndiyiniz dostlarınızdan bir neçəsini yanınızda aparın. Daha da gözəl olar ki, sonradan bəyəndiyiniz modeli nişanlınıza üzərinizdə göstərib onun da obyektiv fikirlərini alasınız. Sonra niyə aldım deyib peşiman olmayasız.

Hal hazırda o qədər geniş çeşiddə bəy kostümləri var ki… Məsləhətimiz, elə bir model seçəsiniz ki, daha sonra da rahatlıqla mərasim və ya özəl günlərdə geyinə biləsiniz.

Ayrıca toy günü saatlarca üstünüzdə olacaq və hər kəsin diqqətini cəlb edəcək bəyliyinizi seçərkən çox diqqətlə yanaşınız. İnsanın geyindiyi paltar onun şəxsiyyətinizi əks etdirir. Odur ki, tələsməyib bir neçə mağazanın modellərini üzərinizdə test edib evlilik bütçənizə görə qərar alın.

Tək, iki və üç düyməli kimi olan pencəklərin ciblərinə görə də biri diyərindən fərqlənə bilir. Çiyinləri dar olmaması və bədəninizi tam əhatə etməsi gərəkən pencək seçin.

Ayrıca toy günündə rahat olaraq qol açıb oynayacağınızı da nəzərə alın. Pencəyin yaxa uclarına, qol manşetlərinə, ətəyindəki astarla parçanın birləşib tikildiyi yerlərə, qollarının astarına, ciblərinə, artıq kəsilməmiş iplərin qalıb qalmadığına, tikiş zamanı parçanın qırışlar yaratmaması lazımdır. Bizim də bir tövsiyyəmiz var. Üstündə çizgiləri olan bir model seçmək istəsəniz o zaman daha da diqqətli yanaşın.

Əslində belə bir modelin qüsursuz olması çox nadir olduğundan tövsiyyə etmirik. Ciblərinin üstündəki çizgilər pencək cizgiləri ilə üst üstə düşməli, sol və sağ yaxaların çizgiləri simmetrik olmalı. Çiyinlərin çizgiləri eyni dərəcə bucaq altında qırılmalıdır v.s.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 3 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri