Onun dəlisov hərəkətlərinin səbəbi tapılıb

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 2 929
Səs ver:
(səs: 0)
Mütəxəssislər iddia edir ki, kişilərin axmaq davranışlarına səbəbi onların beyinlərinin bizimkindən fərqli şəkildə çalışmasıdır. Təəssüf ki, bu, həqiqətdir.
Bu da bir neçə sadə nümunə:
Axmaq hərəkət: Sən onunla danışarkən, öz fikirlərinə qərq olur.
Mənası: Kişi beyni eyni zamanda yalnız bir tapşırığın öhdəsindən gələ bilir. Səni dinləmədiyini görəndə, əmin ol ki, başqa heç nə ilə məşğul olmur. Bəlkə o vaxt video oyunu oynayır ya da paltarlarını geyinir. Beynində bir fikir mövcuddursa, digərlərinə qətiyyən yer yoxdur.
Axmaq hərəkət: Dostları yanında olarkən, sənə sataşır.
Mənası: Dostları ilə olarkən, onun qardaş birliyinə daxil olduğu fikrinə alışmalısan. Bu o deməkdir ki, dostlar birlikdə zarafat edir, bir-birinə sataşır. Onların yanında sənə də sataşsa, demək ki, özünü yad hiss etməni istəmir.
Axmaq hərəkət: Gününün pis keçdiyini deyən kimi özündən çıxır.
Mənası: Sən iş yoldaşının xətrinə dəydiyi haqqında danışan zaman sadəcə sakitləşdirmək məqsədi ilə "görürsən, görürsən” deyir. Növbəti dəfə bu cür hərəkət etdikdə, ona "Səncə, bu problemi necə həll etmək olar” sualını ünvanla.
Axmaq hərəkət: Məzuniyyətini planlamaqda sənə yardım etmir.
Mənası: Kişilər bu günlə yaşayırlar, odur ki, işini həftə, ya da aylar öncədən planlamaq onlar üçün o qədər də əhəmiyyətli deyil. Bu o demək deyil ki, qarşıdakı işin məşuliyyətindən yayınır. Sadəcə olaraq, beş dəqiqə ərzində ikilikdə etdiyiniz işə o dərəcədə aludə olub ki, gələcək barədə düşünmək istəmir.

Redakte etdi: PRETTY GIRl

 

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 2 929
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri