Kişilərin bədən dili ilə sizdən xoşlandığını göstərən 10 əlamət

Müəllif: Narın Yağış
Şərhlər: 1
Baxılıb: 12 691
Səs ver:
(səs: 2)
1. Səmimi bir gülümsəmə
Kişilərin bədən dili ilə sizdən xoşlandığını göstərən 10 əlamət
Sizə qarşı marağı olduğunu göstərən ən böyük işarələrdən biridir. Daha səmimi olmağa və sizə yaxın olub, söhbəti uzatmağa çalışdığını göstərər.

2. Ayna kimi sizi əks etdirirsə
Siz güldüyünüzdə gülən, size xoşbəxt etməyə ya da xoşlandıqlarınızı etməyə çalışan, hətta danışma tərzinizi belə təqlid edən kişi, əmin ola bilərsiniz ki, sizdən çox xoşlanır.

3. Gözlərini sizdən ayırmayıb, diqqətlə dinləyirsə
Bir kişi danışdığınız hər şeyi diqqətlə dinləyir, izah etdiklərinizlə yaxından maraqlanır və bunları edərkən başını yana doğru əyirsə, bilin ki sizə olduqca çox əhəmiyyət verir deməkdir.

4. Sizi dinlərkən mimikalarını İstifadə edirsə
Qarşınızdakı kişi sizinlə danışarkən gözlərini açıb qaşlarını qaldırsa, bilin ki o an içində fırtınalar qopur.

5. Əl- ayağı bir-birinə dolaşırsa
Qarşınızda əlini ayağını hara qoyacağını bilmir və yanaqları qızarırsa, bu kişinin utancaq olduğunu göstərməz. Əksinə yalnız sizin yanınızda həyəcanını gizləyə bilmədiyinə işarədir.

6. Əgər yerində dura bilmirsə
Əgər bir kişi yerində dayana bilmir, gah oturub, gah qalxırsa, özünündə təyin etmədiyi bu gərginliyin; sizə qarşı olan maraq nəticəsindən qaynaqlandığını söyləyə bilərik.

7. Göz bəbəkləri əhəmiyyətlidir
Bəzən hisslərimizi dilə gətirmsəkdə, gözlərəmiz bizi ələ verir. Həyəcanlandığımızda göz bəbəklərimiz böyüyər və bu əsla gizlədə bilməyəcəyimiz ən diqqətə çarpan işarələrdən biridir.

8. Göz təması və baxışlar
Göz gözə gəlməkdən çəkinməyin. Çünki tez-tez sizə baxması və gözlərini üzərinizdən ala bilməməsi diqqət çəkdiyinizinə işarədir.

9. Yaxın təmas qurursa
İstər kiçik bir toxunuş olsun, istər ""səhvən oldu"" deyərək qolunuza toxunsun, sevən adam toxumaqdan özünü saxlaya bilməz. Bu da sizin görməzlikdən gəlməməniz lazım olan işarələrdən biridir.

10. Yanınızdaykən əlləri davamlı cibindədirsə
Bu hərəkət kişilərin dünyasında "mən özümdən əminəm" mənasını verər və sizi əldə etməyə çalışdığına işarədir.
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 12 691
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri