Müasir oğlanlar arasında elələri var ki..

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 4 390
Səs ver:
(səs: 0)
Müasir oğlanlar arasında elələri var ki, kişilik anlayışını düzgün başa düşmürlər. "Kişi”, "ər” sözləri leksik cəhətdən "mərdlik”, "kişilik” sözləri ilə üzvi surətdə əlaqədardır. Kişi anlayışında mərdlik, igidlik çalarları vardır. Kişiyə çevrilən gənc haqqında adətən deyirlər: kişiləşir, yəni daha güclü, daha möhkəm, daha dözümlü olur.

Kişilik ümumi anlayışdır. O, tarixi dövrdən asılı olaraq daimi inkişafdadır, məzmunca zənginləşməkdədir. Kişi xarakteri üçün iradə gücü, özünə sahibolma, kişi şərəfi və ləyaqətli, xeyirxahlıq, verdiyi sözə sədaqət və s. keyfiyyətlər xasdır.
Qadına münasibət kişi ləyaqətinin ölçüsü hesab olunur. Hazırda bu, qadına münasibətdə nəinki nəzakətli və ehtiyatlılıqda, ilk növbədə ən ağır işləri öz üzərinə götürməkdə ifadə edilir. Cəmiyyətimizdə qızlar və qadınlar istəyirlər ki, onları bir insan, yaxın yoldaş və dost kimi qiymətləndirsinlər. Ona görə də oğlan və kişi sevir və məhəbbətinə cavab almaq arzusundadırsa, qızların və qadınların bu nəcib hisslərini uca tutmalı, onların qızlıq və qadınlıq ləyaqətinə hörmət bəsləməlidirlər.
Çox vaxt oğul övladlar analarına bir xidmətçi kimi yanaşırlar, 1 stəkan çayı belə süzmür, buyurur, tələb edirlər. Sonralar bu münasibətləri öz arvadlarına da aşılamağa çalışırlar. Müasir qadın isə bu münasibətə çox vaxt dözmür. Bəzi ailə ixtilaflarına səbəb də məhz belə bir münasibətdir.
Əgər kişi həyat yoldaşı seçdiyi qadını həmişə toy günündə olduğu kimi görmək istəyirsə, ona daim qayğı göstərməlidir. Müasir oğlanı səciyyələndirən əsas əlamətlər bizcə aşağıdakılardır: əməksevərlik, mənəvi təmizlik, məsuliyyət hissi, düzlük, doğruçluq, ağıllılıq, iradəlilik, ədalətlilik, cəsarətlilik, qətiyyətlilik, tərbiyəlilik, xeyirxahlıq, təvazökarlılıq, nəzakətlilik, qayğıkeşlik, qızlara və qadınlara hörmətcillik, haqq işini müdafiə etmə, borc hissi və s.
Əsl kişi kimi formalaşmış müasir oğlan qıza məsuliyyət və qayğı ilə yanaşır. Onun üçün təminlilik, dözüm, özünü saxlaya bilmək, hisslərini buxovlamaq bacarığı xasdır. Kişinin qəlbi sağlam fikrə tabe olmaqla onu qorumağa çalışmalıdır.
Qızı rəqsə dəvət etmək, qonaq qəbul etmək, qonaq getmək, məclisdə stol arxasında davranmaq, qıza və qadına qulluq göstərməyi bacarmaq, qıza və oğlana hədiyyə bağışlamaq və s. qaydalarını bilmək hər bir müasir gənc üçün zəruridir..//Legend

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 4 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri