Tərk edəcək kişilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 3 536
Səs ver:
(səs: 4)
Tərk edilən qadınlar, oxuyun.Həyatımızdakı insan bir gün qəflətən yox olar. Nə bir səbəb, nə bir vida.Bunu xeyli çox qadın yaşamışdır. Və məna verə bilməmişdir əminəm. Bir kişi niyə qəflətən çəkər gedər ki. Bizə görə qəflətən reallaşan bu tərk ediş əslində uzun müddətdir planlanan bir hərəkətdir. Kişilər ayrılmağı başlarına qoyduqlarında dərhal getmək yerinə bir müddət qorxdurma siyasəti izlər. Doğru oxudunuz, əvvəl bizi qorxdurar, sonra lazımlı mühiti təmin edər və çəkər gedər.
Bir kişinin soyuduğunu anlamaq çətin deyil əslində. Ayrılıq zəngləri çaldığında başladığında diqqətli olun. Və qızlar o sizi buraxmadan siz onu tərk edin. Yoxsa bir müddət sonra bu ayrılığı içinizə həzm edə bilməyəcək, kaş ki mən tərk etsəydim deyərək peşmanlıq duyacaqsınız. Qürur sahibi bir qadın, onu sevməyən bir kişiyə yalvarmaz. Və əgər kişi aşiq deyilsə, onu tutmanın da heç bir faydası olmaz.
Kişi getmişsə, eşq bitmiş deməkdir..
Son zamanlarda soyuq davranır
Sizinlə maraqlanmır
Telefonlara cavab vermir
Ailəsi ilə tanış etmədi belə
Yoldaş ətrafından uzaq tutur
Məsuliyyətsiz
Səssiz
Davaçı və hirsli
Səbəbsiz müzakirələr çıxarır
Bəzən ortadan itir
Harada olduğunu, hara getdiyini və nə etdiyini söyləmir
Ən son sizin xəbəriniz olur
Sizi axtarmır, maraqlanmır, son vəziyyətinizlə maraqlanmır
Budur ayrılmağa hazırlaşan tipik kişi modeli. Sevimli xanımlar kişi yoldaşınızda bu tip işarələr varsa, dərhal bitirin. Yoxsa tərk edən o olacaq!
Tərcümə etdi:N E L L I
(səs: 4)
Şərhlər: 4
Baxılıb: 3 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri