Kişilərin qadınlarla tanışlıq ÜSULLARI

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 11 809
Səs ver:
(səs: 2)
Qarşı cinsin məhz özündən xanımlar üçün tanış olma metodları
Supermarketdə (Kənan, 24, supermarketdə kassir:)

- Xoşuna gələn oğlanın yaxınlığındakı rəfdə əcaib adlı məhsul tap, onun nə üçün istifadə edildiyini soruş. Sənə kömək etmək onun xoşuna gələcək. Əgər bu məhsuldan xəbəri yoxdursa, ən azından, ikiniz də bu vəziyyətə gülə bilərsiniz”.

İdman zalında (Tərlan, 22, idman zalında məşqçi)

- İdman zalında bir alətin yanında dur, ondan qurğunun necə işə salındığını soruş (özün bacarsan belə).

Restoranda (Fərid, 23, ofisiant)

- Bu hiylə onun tək və ya dostları ilə birlikdə oturmasından asılı olmayaraq, hər zaman işə yarayır. Fri kartofu sifariş et, sifariş gəldikdən sonra onun stoluna yaxınlaşaraq de ki, ofisiant sifarişləri səhv salıb və bir pors yerinə  iki pors gətirib. Pulsuz yemək hər kişinin xoşuna gələr. Yemək gözəl qız tərəfindən ikram olunursa, effekt ikiqat artır…

Fast-fud kafelərində (Kamal, 29, barista)

- Xoşuna gələn oğlanın arxasında dur və o, sifarişini bitirər-bitirməz, sən də eynisindən sifariş et. Ona da de ki, onun seçimi əla səslənir və buna görə də sən eynisini sifariş etmək qərarına gəldin. Beləliklə, sən həm ona qarşı maraq nümayiş etdirirsən, həm də siz ortaq bir cəhət tapmış olursunuz.

Kitab mağazasında  (Mikayıl, 23, kitab satıcı)

- Onun əlində tutduğu kitabı nəzərdən keçir və ona de: "Eşitmişəm, əla kitabdır, mən də elə həmin kitab üçün gəlmişəm”. Daha sonra onun kitab haqqında fikirlərini öyrənmək istədiyini de.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 11 809
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri