Klassik qırmızı – Bütün diqqətləri üzərinizə toplayan göz alıcı qırmızı kişilərin sevdiyi dodaq boyasıdır. Əks cinsin diqqətini hiss etmək istəyirsinizsə, qırmızı dodaq boyasından istifadə edin.
Ehtiraslı çəhrayı – Bu rəng adətən rok ulduzlarının üstünlük
verdiyi dodaq boyasıdır. Adrenalin, məcəranı sevənlərin rəngidir. Bu
tonlar qızın yaxşı musiqi zövqündən xəbər verir. Romantik şahzadə obrazı
onlara yad xüsusiyyətdir.
Bənövşəyi – Risk etməkdən qorxmayan və fərqli olmağı xoşlayan
qadınların seçimidir. Dodaq boyası icazə verirsə, bu rənglə daha çəkici
görünəcəksiniz.
Təbii rənglər - kişilər tərəfindən sevilməyən bu rəng qadınları olduğundan daha solğun göstərir.
Narıncı – Kişilər bu tonlardan istifadə edən qızların çox
əyləncəli tip olduğunu düşünür. Bu rəngi sevən qızların özünə inamı çox
yüksək olur. Həm də onlar yeniliklərə yox demirlər.
Metalik tonlar – Yetkin qadının bu tondan istifadə etməsi onu axmaq vəziyyətinə sala bilər. Bu, gənc qızların işidir.