Kobud kişilər

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 287
Səs ver:
(səs: 5)
Kişilərin bəziləri nə üçün kobuddur?

Qadınların böyük bir qismi sözünü keçirə bilən, ağırlığını qoyduğu yerdə qalan maço kişiləri sevir… Yaxşı bəs səbəb? Əslində səbəb açıqdır; qadınlar güclü kişiləri sevir.

Kişini kobud edən nədir?

İstər ictimai normalar, istər genetik kodlaşdırılmışlıq… xüsusilə ölkəmizdə hər keçən gün kişilər maçolaşır. Daha çox söyür, qadınlara kobud davranır və az qala kişi olduqlarını isbat etmək üçün kimisə döyməyə qalxırlar. Bu rəftarlar, şəxsi həyatlarına da əks olunur təbii ki. Sevgilisini təhqir etmələr, sərt davranmalar, ən sadə nəzakət qaydalarını belə unutmalarla birlikdə, ciddi bir qısqanclıq da əsas yerlərdən birini tutur. Ancaq kişini əsl kobud edən səbəblər bunlar deyil. Əsl səbəb qadının imici, cəmiyyət içindəki varlığını, dəyərini gün keçdikcə sağlamlaşdırmasıdır. İş həyatındakı kreslolar qadınlar tərəfindən paylaşılır, qadınlar kişilərdən daha çox qazana bilirlər. Bu səbəbdən də qadınlar ən az kişilər qədər təcrübəli bir hala gəldilər; üstəlik seçiciliyin həzzini də yaşayırlar. Kişiyə xas olan nə varsa, qadın da buna ortaqdır.

Niyə qadınların bəziləri kobud kişi sevirlər?

İctimai rollar bizə kişinin sərt olmasının lazım olduğunu nəsihət edir: "Kişilər ağlamaz" kimi deyimlərlə kişinin sərt olması lazımdır düşüncəsindəyik. Bu səbəbdən nəzakətlilik göstərməyən, həyatındakı qadına maço davranan kişi modelini, doğru adam sanma yanılmasına düşə bilirik.

Kobudluq və sərtlik güc göstəricisi kimi gəlir: Ən başda "Mənə sözünü mütləq keçirsin!" fikrini mənimsəyən qadınlar üçün etibarlı bu vəziyyətdir. Həyatı boyunca özünü qorunmamış və tək hiss edən, tək başına irəliləməkdə çətinlik çəkən qadınlar, ümumiyyətlə arxasında dayanacaq kişinin maço kişi olduğunu düşünürlər.

Qısqanclığı eşq sanmaq: Qısqanclıq və eşqi bir-birindən ayıra bilməyənlərdənsinizsə və ‘Aşiq olan kişi qısqanar, bunun üçün ağla gələ biləcək hər cür dəliliyi edər, hətta lazım olsa kobud qüvvəyə müraciət edər' yanılması içindəsənizsə, kobud kişiləri sevə bilərsiniz.

Sevgiliniz kobudmu deyilmi?

Bir kişinin kobudmu olduğunu anlamaq üçün "Lütfən mənə qarşı dürüst ol. Bir-birimizə oyunlar oynamaq lazım deyil, səni olduğun kimi tanımaq istəyirəm" deyə bilərsiniz. Əgər qarşınızdakı adam lazımlı zəka və həssaslığa sahibsə, bu istəyinizi anlayışla qarşılayıb normal davranacaqdır. Sonradan deyil, doğuşdan kobuddursa, sizə tərs bir cavab verəcəkdir. Bax elə o zaman həmin mühitdən dərhal uzaqlaşın. Ən başda öz yaxşılığınız üçün təbii ki.

Unutmayın ki, müasir cəmiyyətdə centlmenliyi yenidən yüksələn bir dəyər halına gətirmək biz qadınların əlindədir!
(səs: 5)
Şərhlər: 1
Baxılıb: 5 287
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri