Bunlar kişilərə ziyandı

Müəllif: Miss_Oxatan
Şərhlər: 6
Baxılıb: 3 557
Səs ver:
(səs: 1)
Kişilər özlərinə daha yaxşı nəzarət edirlər və onların qamətli görünüşə, sağlam bədənə malik olmaq meyli daha çoxdur. 

Məhz buna görə də güclü cinsin nümayəndələri məsləhətlərə əməl edirlər. Amma onlar gündəlik vərdişlərinə çevrilən bəzi vasitələrin orqanizm üçün ziyanlı olmasından xəbərsizdilər. 

Qadinlar.biz kişilər üçün ziyan olan həmin amilləri təqdim edir

Antiperspirant:
Tərə qarşı istifadə olunan antiperspirantların tərkibində alüminium var. Elə bu alüminium da dərini nəfəs almağa, onun tər ifrazatına imkan vermir. Nəticədə tər vəziləri düyünlənir. Pis halda bu düyünlər şişə çevrilə bilər ki, bu da xərçəngin əmələ gəlməsinə səbəb olur. Alüminium həmçinin D vitamini çatışmazlığı da yaradır. Çalışın gün ərzində bir dəfədən artıq tərə qarşı olan ətirlərdən istifadə etməyəsiniz. 

Kofe:
İş vaxtı kofe içmək kişilərə ziyandır. Əsasən də bütün gününü kompüter qarşısında keçirən kişilər kofedən uzaq durmalıdırlar. Çünki kofe sinir sisteminə mənfi təsir edərək, kişini daha da aqressivləşdirir.

Qazlı su:
Qazlı sular kişilərə ziyan olan vasitələr sırasındadır. Çox qazlı su içmək kişilərdə revmatizma xəstəliyi yaradır. 

Təmkinli olmaq:
Sakit davranmaq, hər şeyi ürəyə salmaq kişilərdə mədəaltı vəzi xəstəliyinə səbəb olur.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 557
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri