Bəylərin makiyaj haqqında olan düşüncələri

Müəllif: Mr. OffiCeR
Şərhlər: 10
Baxılıb: 5 432
Səs ver:
(səs: 0)
Qadınların, qarşı tərəfdə yaxşı bir təəssürat buraxmaq üçün izlədiyi yollardan biri heç şübhəsiz makiyajdır. Hamımız makiyajı daha yaxşı və daha gözəl görünmək üçün edirik, bu bir sirr deyil.
Yaxşı, kişilər bizim makiyajımız haqqında nə düşünür görəsən?

Təbii makiyaj
Əlbəttə kişilər makiyaja qarşı deyildirlər. Onların problemi şişirtmə makiyaj ilə. Çox makiyajı sevmirlər. Təbii bir makiyaj, onlara görə ən yaxşı olanı. Kirpik üçün tuş, yüngül bir ənlik və dodaq parladıcısı onlara görə kafidir.

Göz makiyajı
Kişilər, parlaq və tünd rəng göz makiyajını çox cazibədar görmürlər. Çəhrayılar, sarılar kimi canlı tonlar onlara görə deyil. Onların idealı neytral tonlarında bir göz makiyajıdır. Qara və ya qəhvərəngi göz qələmi ilə gözəlliyinizi vurğulayın. Ten ilə də lazımlı tüstü görünüşü verin.
Taxma kirpiklərə qarşı olduqlarını da ifadə etməyə ehtiyac yoxdur. Taxma saç, taxma kirpik kimi gerçək olmayan şeylər, onlara görə heç cazibədar deyil. Tuş kifayətdir.

Ənlik
Çəhrayı yanaqlar, bir insanın ürəyini fəth etmək üçün ən güclü bir silahdır! Müxtəlif araşdırmalarla sübut edildi ki, kişilər çəhrayı yanaqları seksual görürlər.Əlbəttə yüngül bir çəhrayılıqdan bəhs edirik, günəşdə qızarmış kimi təbii... Ona görə ənliyi yüngül çəkin, ənliyə bulanmayın.

Dodaq makiyajı
Parlaq və tünd dodaq makiyajı, sıxlıq içində gözə dəyir amma kişilər üçün öpüləsi bir məna ifadə etmir. Onlar üçün öpüləsi dodaqlar, dodaq parladıcısı ya da dərinizin tonunu tamamlayan rujjdan ibarətdir.
(səs: 0)
Şərhlər: 10
Baxılıb: 5 432
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri