Kişilərin nifrət etdiyi 7 qadın növü

Müəllif: Wiyinka
Şərhlər: 8
Baxılıb: 5 022
Səs ver:
(səs: 3)
Kişilər nə qədər "hər çiçəkdən bal alan arılar" kimi görünsə də birlikdə olacaqları qadınları seçərkən çox diqqətli olurlar.
Əlaqənin ilk dövrlərində heç kim özü kimi davranmadığı üçün zaman keçdikcə qadının içindən çıxan digər xüsusiyyətləriylə qarşılaşan kişilər arxalarına baxmadan qaçırlar. İndi oxuyacaqlarınız içində sizə aid bir xüsusiyyət varsa oturun və düşünün. Bəlkə dəyişdirməniz gərəkən bir yönünüz olduğunu qəbul edər və sevdiyinizi itirməzsiz.
Çəkişkən qadınlar: Çəkişkən qadınlar mürəkkəb şəxsiyyətlərdir. Davamlı dava salmaq, özünü göstərmək, yekəxanalıq etmək, maraq görmək, diqqəti cəlb etmək istəyərlər. Bu cür qadınların həyatında uzun müddətli bir əlaqənin olması çox çətindir. Qəzəb və aqressivlik nöqtəsinə sürətlə gələ bilən bu qadınlardan kişilər uzaq dururlar. Bu tip qadınlar kişilərin hirslənməsinə səbəb olarlar.
Anac qadınlar: Kişilər hər nə qədər analarını sevsələr də onlar kimi davranan qadınlara tab gətirə bilməzlər. Ona nə vaxt nə edəcəyini söyləyən, anaları kimi hərtərəfli onlara sahib çıxan qadınlar kişilərin uzaq olmaq istədiyi qadınlardır.

Maraqlı qadınlar: Bəzi qadınlar CIA, KQB-dən daha araşdırmaçıdırlar. Bu sorğu-sual və gizlicə araşdırma aparmaq vəziyyəti kişiləri uzaqlaşdırır. Bank hesab xülasəsindən, telefon fakturası xülasəsinə qədər hər şeyi axtarırlar. Hər şeyi bilmək istəyirlər. Bu əməliyyatları aparmaq hər nə qədər bəzən işə yarasa da, kişilər bunun fərqinə vardıqları anda əsəbləri yerindən oynayar və özünə güvənməyən bir qadınla birlikdə olmaq istəməzlər. Çünki bilirlər ki, açıqlanması mümkün olmayan ya da səhv anlaşılan bir vəziyyətdə qadın dözülməz bir nöqtəyə gələcəkdir.

İdealpərəst qadınlar: Kişiyə sahib olmaq istəyən qadındır. Davamlı tənqid edərlər, kişini şəxsi malları kimi görərlər. Bu vəziyyət kişinin beynində "görəsən?" sualını yaradır. Kişi: "Madam məndən məmnun deyil, o vaxt daha yaxşısını axtaracaq" deyə düşünməyə başlayacaq və əlaqəni siz onu tərk etmədən bitirəcək.

Möhtac qadınlar: Kişisinə bir ahtapot (səkkizayaqlı dəniz ilbizi) kimi sarılmış, yük olan qadınlardır. Bu tip qadınlar emosional olaraq hər şey üçün kişisindən asılıdır. Öz varlığından belə kişinin məsuliyyətli olmasını istəyər. Kişisi olmadan nəfəs ala bilməyəcəyini, öləcəyini söyləyər və bəlli edərlər. Bu vəziyyət kişini qorxudur.

Asılı qadınlar: Bu ​​tərz qadınların dünyası yalnız sevgilisinin ətrafında dönər. Qız dostları ilə görüşməzlər, öz başlarına heç bir şey etməzlər. Öz həyatları yerinə yoldaşlarının həyatını yaşayarlar. Bu vəziyyətdə kişilər bu cür qadınlara hörmət hissi duymamağa başlayarlar.

Özünü inkişaf etdirməyən qadın: Kişilər mədəniyyətsiz və özünü inkişaf etdirməyin qapılarını bağlamış qadını istəməzlər. Özlərini hər mühitdə idarə edə biləcək, gülərüz, bilikli ya da heç olmasa bir fikri olan qadınları üstün tuturlar.
(səs: 3)
Şərhlər: 8
Baxılıb: 5 022
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri