Qadınlar tərəfindən kişiləri ən çox əsəbləşdirən ifadələr

Müəllif: Wiyinka
Şərhlər: 9
Baxılıb: 4 907
Səs ver:
(səs: 3)
Kişilər çox danışan qadınları sevmirlər. Ancaq qadınların istifadə etdiyi bəzi ifadələr kişiləri daha çox əsəbləşdirir, özündən çıxarır.

"Sənin futbolun mənasız bir şeydir!”
Kişilər öz hobbilərinə qarşı çox həssasdırlar. Bununla bağlı təhqiramiz ifadə işlədəndə öz ünvanlarına yönəlmiş təhqir kimi qəbul edirlər.

"Gəl söhbəti bağlayaq”
Kişilər yarımçıq qalmış söhbətləri sevmirlər. Əgər məsələ böyüdüsə, deməli, axırına gedib çıxmaq lazımdır. Kişilər sizin, əslində, nə demək istədiyinizi falçıdan öyrənmək fikrində deyillər.

"Danışmalıyıq”
Qadının işlətdiyi "səninlə ciddi söhbətim var” və ya "təcili danışmalıyıq” kimi ifadələr kişini həyəcanlandırır. Dəqiq formul olmalıdır.

"… ancaq mənim anam deyir ki…”
Cütlüyün hər iki nümayəndəsi üçün valideyinlər əvəzsiz nüfuz sahibləridir. Ancaq hər zaman valideyinin dediklərinə istinad etmək kişini əsəbləşdirir. Ona elə gəlir ki, siz onun barəsində mənfi rəydəsən, özbaşına qərar qəbul eləmək iqtidarında deyilsən.

"Gözəl deyiləm” "gömbulam” və ya "yemək bişirə bilmirəm” kimi ifadələr
Öz çatışmazlıqlarınızdan çox danışmayın. Daim onlar haqda danışanda, kişi də bu barədə düşünməyə başlayır. Ən yaxşısı müsbət keyfiyyətləriniz haqda söz açın.

"Bərbad geyinmisən”
Geyim tərzinin tənqidini kişi şəxsiyyətinin tənqidi kimi qəbul edir. Ən yaxşısı fikirlərinizi şopinq zamanı bildirin.

"Səndə heç nə alınmayacaq”
Kişinin özünəəminlik hissini məhv etmək qadının görə biləcəyi ən pis işdir. Şübhələrinizi özünüzdə saxlayın, sevdiyiniz adama dəstək verin.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 4 907
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri