Əgər kişilər sevərsə...

Müəllif: Wiyinka
Şərhlər: 6
Baxılıb: 5 497
Səs ver:
(səs: 2)
Bir çox qadın və kişinin yaxşı gedən əlaqəsini çətinə salan mövzular arasında, sevildiyindən əmin olmamaq var və xüsusilə gözləri ümumiyyətlə çöldə olduğu düşünülən kişilərə bu mövzuda qadınların etibarı bir az azdır. Bu şübhə bəzən gerçək bir sevgisizliyin nəticəsində də ola bilir. Ancaq ümumiyyətlə hal-hazırda sizi sevən bir kişinin boş şübhələrlə sizdən soyumasına səbəb olduğu üçün bir o qədər də zərərlidir. Əgər sevgilinizin ya da yoldaşınızın sizi sevib sevmədiyi ilə maraqlanırsınızsa və bunu ona hiss etdirmədən, beləliklə əlaqənizi pozmadan gerçəkləri təxmin edə biləcəyinizə inanırsınızsa, sizin üçün kişilərin sevdiklərində nələr etdiklərini və necə davrandıqlarını bir az izah etməyə çalışacağıq.

Kişilərin fiziki mövzulara qadınlardan daha çox əhəmiyyət verdikləri bir gerçəkdir. Əslində hər iki cinsdəki fərdlər həm daxili, həm də xarici gözəlliyə qiymət verirlər. Lakin kişilər bunu müəyyən etməyə daha meyillidirlər. Sevgilisindən xoşlanan kişinin bunu əlaqə müddətində tərəfindən tez-tez dilə gətirməsini gözləmək olar. Əlaqəniz hələ rəsmi olaraq başlamamışkən gözəlliyinizə dair iltifatlar gəlirdisə, lakin bir müddət sonra bunlar ortadan qalxdıysa sizə qarşı olan marağını itirmiş də ola bilər. Ancaq bu tək başına təyin edici deyil və digər şərtlərə də baxmaq lazımdır.

Həyat yoldaşı və ya sevgili vəziyyətindəki kişilərin qadınlardan aldıqları ən böyük şikayətlər arasında onları dinləməmək gəlməkdədir. Əslində kişilər sevdikləri və aşiq olduqları qadınları dinləməyə olduqca həvəslidirlər. Əgər sizin də kişi yoldaşınız ağzınızdan çıxacaq olanları həvəslə gözləyirsə və izah etdiklərinizi maraqla dinləyirsə, onun sizi sevdiyindən əmin ola bilərsiniz. Ancaq davamlı olaraq onun xoşuna gəlməyən və ya boş olaraq gördüyü mövzularda danışsanız bu mövzuda zamanla marağını itirə bilər. Bu səbəbdən kişi yoldaşınızın marağını da cəzb ede biləcək "dişə dəyər" mövzulardan söhbətlər reallaşdırmağa diqqət yetirməlisiniz.

Xırda qüsurlara və ya dağınıqlığa, aşiq olan kişilərin çox da fikri vermədiyi də müəyənləşdirilmişdir. Yəni o gün makyaj etməyi unutsanız, ya da yataqdan yeni çıxmış olsanız belə sevdiyiniz sizi bəyənirsə, o halınızla də bəyənəcəkdir. Təbii ki, necə olsa sizi bəyəndiyini düşünərək baxımınızı axsatmamalısınız və ona dəyər verdiyiniz üçün qarşısına gözəl çıxmağa çalışdığınızı göstərməlisiniz.

Kişilər sevdikləri qadınlar üçün həyatlarının ciddi bir qismini ayırmağa da könüllüdürlər. Həftə sonu planları, axşam yeməkləri, birlikdə edilən alış-veriş kimi onlarla fərqli bəhanəylə sizi görmək istəyərlər və bu onun sizinlə vaxt keçirməkdən zövq aldığını göstərməkdədir. Bu səbəbdən sizə vaxtını və enerjisini sərf etməyə könüllü olan bir kişinin sizi sevdiyinə inana bilərsiniz.
(səs: 2)
Şərhlər: 6
Baxılıb: 5 497
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri