İstədiyiniz kişini əldə etmənin yolları

Müəllif: Wiyinka
Şərhlər: 3
Baxılıb: 5 333
Səs ver:
(səs: 2)
Bədən dilinizi istifadə edərək və özünüzü doğru ifadə edərək, bəyəndiyiniz kişinin diqqətini çox asanlıqla çəkə bilərsiniz...

Həyəcanlı bir macəramı axtarırsınız? Yoxsa istədiyiniz ciddi bir əlaqəmi? İstədiyiniz necə bir əlaqə olursa olsun bir həqiqət var. Əvvəl o kişini əldə etməlisiniz. Əks cinsin nümayəndəsi ilə sözlü ünsiyyətə keçməzdən əvvəl bədən dilimizlə ünsiyyətə keçirik. Hərəkətlərinizin bədən dilində nə mənanı verdiyini bilsəniz, qarşınızdakı adama çatmanız, özünüzü ifadə etməniz daha çox asan ola bilər.

Göz təması qurun
İlk baxış çox əhəmiyyətlidir. Qarşınızdakı adamın gözlərinə fokuslanın və bir neçə ürək atışı boyunca gözlərinizi çəkməyin. Çiyinlərinizi dikləşdirin, sinənizi ön plana çıxarın. Başınızı xoşlandığınız adama doğru yüngülcə çevirin.
Fərqinə varmadan qarşınızdakı adam boynunu sizə doğru çevirər, çiyinlərini dikləşdirər və başını yüngülcə önə əysə doğru yoldasınız deməkdir.

Yüngülcə gülümsəyin
Gözlərinizi yüngülcə qısaraq onu başdan aşağı süzün. Əgər xarici görünüşü xoşunuza gəlirsə təkrar göz təması qurun və mütləq gülümsəyin. Amma gözlərinizi tamamilə üzərinə fokuslamayın, daha romantik və ciddi bir ifadəylə baxın. Baxışlarınızı arada qaçırın, sonra yenə göz gözə gəlin. Elmi araşdırmalara görə çox uzun baxışlar narahat edici təsir yaradır. Qaş düzəldim deyərkən göz çıxarmayın.

Qarşınızdakı adam bir neçə saniyə içində daha dik dayanmağa, baxışlarınıza və gülümsəmənizə cavab verməyə başlayırsa, onu ovuclarınızın içinə almağa başladınız deməkdir.

Aranızda məsafə saxlayın
Yoldaşlarınızla birlikdə olduğunuz bir mühitdə, biriylə yaxınlaşmağa çalışacaqsınızsa, yoldaşlarınızla aranıza bir az məsafə qoyun. Yoldaş qrupu içərisində dəlicə əylənən, gurultulu qəhqəhələr atan qadınlar kişiləri qorxudur. Tək başınıza tualetə ya da nəsə almağa gedin . Beləcə baş-başa danışmaq şansı ola bilər.

İlk addımı atın
Kişilər başlanğıcda bizim düşündüyümüz qədər detallı və dərin analiz etmir. Psixoloqlar ilk addımda, kişinin tamamilə qadının özünə olan marağına fokuslandığını söyləyir. Şişirdilmiş bir girişə ehtiyac yoxdur, istiləşmə dövrlərini tamamladıqdan sonra bütün şirinliyinizlə bir "salam” demənizdən daha gözəl və doğru bir başlanğıc ola bilməz.

Səs tonunuza diqqət edin
Daha cazibədar bir səs tonu üçün asta-asta danışın. Bir neçə saniyə gözlərinizi qaçırmadan qarşınızdakı kişinin gözlərinin içinə baxın. Cəsarət vermək üçün gülümsəyin. Aranızdakı buzları
qırdıqdan sonra hər şeyi axışına buraxın. Hər nə qədər sizə o təslim oldusa da, sizi tovlayan oymuş kimi davranın, özünü zəfər qazanmış hiss etməsinə icazə verin.

Fiziki yaxınlıq qurun
Maraq duyduğunuz adama fiziki olaraq da yaxınlıq təmin etməyə çalışın. Təbii ki, şişirtməmək şərtiylə. Yanına 50 santimetrdən daha çox yaxınlaşmanıza icazə verirsə qazandınız deməkdir!
Çünki beləcə bir insanın özünü xoşlanmadığı insanlardan qorumaq üçün hördüyü divarı keçmiş olursunuz.

Görüş gününü təyin edin
Qarşınızdakı kişidən çox xoşlandınızmı? O zaman bu, yenidən görüşmək istədiyiniz mənasını verər. Dərhal bir görüş nizamlamalısınız. Əgər sizin ortaya qoyduğunuz görüşmə fürsətinin üstünə getmədisə, sizinlə eyni fikirdə olmadığı nəticəsini çıxara bilərsiniz.
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 333
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri