Kişilər sosial şəbəkələrdə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 248
Səs ver:
(səs: 2)
Səni maraqlandıran kişinin status və mövqeyini necə çözmək olar?

1. Dərin fikirlər həvəskarı
"Dostlar - özümüzün seçdiyimiz bir ailədir".
İzah: O, özünə çox ciddi yanaşır, lakin ona hər zaman güvənmək olar. O, hər şeyi yaxşı-yaxşı düşünüb, daha sonra hərəkətə keçməyə meyllidir. Buna görə də düşünülməmiş hərəkət və xəyanətkarlıqdan ehtiyat etməyə bilərsən
 
2. Şikayətçi
"Fürsətdən istifadə edərək, bu gün dördyol ayrıcında qabağıma çıxan madyana salam deyirəm".
İzah: Əgər sosial şəbəkələrdən bütün dünyaya öz kədərini çatdırmaq (və ya təcili tədbir tələb etmək) üçün istifadə edirsə, adi həyatda diqqətə ehtiyacı var. Beləliklə, əsəb, hirs ifadə edən mövqe sevinc ifadə edən mövqedən daha çox cavab əldə edilməklə xarakterizə edilir. Çünki insan qəmli, kədərli halında daha çox diqqət qazanır.

3. Kinoman/teleman/kitabman
"Şeldon Kuper demişkən, təkamül - fikir deyil, faktdır!"
İzah: Kişilər filmlərdən cümlələri sitat gətirməyi, bir-birilərinin danışığından onları tanımağı çox bəyənirlər. Bu, kişilər üçün dostlarına onları unutmadığını xatırlatmaq üçün bir üsuldur.

4. Faydalı məsləhətlər mənbəyi
"Elə bu dəqiqə bildim ki, Milana Berlindənsə, Riqadan uçmaq daha ucuzdur".
İzah: Onun məlumatlı olması lovğalığı ilə sərhədlənir. Amma o, virtual tanışlarının diqqətini öz üzərinə çəkmək üçün bu cür cəhd edir. Buna görə də sənin onunla münasibətin darıxdırıcı olmayacaq.

5. Teleqrafçı
"Səhər yeməyi üçün kafeyə getdim. Hamburger yedim. Sonra qızarmış kartof sifariş etdim".
İzah: Facebookda onun səhifəsinə göndərilmiş düşüncə və ya etiraflar sizi yora bilər. Amma hər zaman onun nə düşündüyünü biləcəksiniz! Sən və onun 600 dostu...
(Qeyd edim ki, bu, sadəcə olaraq bir təxmindir. Məsəl var, ağıllı insanlar məntiqli sözləri əzbərlədilər, ağıllıları seçmək çətin oldu. Bu, qəti qərar deyil. Lakin, şəxsiyyətin psixoloji portretini (əgər bu insan dedikləri və ya yazdıqlarını köçürtməsə) cızmağa yardımçı ola bilər. Unutmayaq ki, sosial həyata görə insanı tanımaq anlamı düz anlam deyil. Bu özü geniş müzakirəli mövzudur)
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 248
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri