5 yaş cavan görünmək istəyirsinizsə…

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 250
Səs ver:
(səs: 2)
Qadınlar daim olduqlarından daha gənc görünməyə çalışır, hətta bunun üçün müxtəlif estetik əməliyyatlar keçirməkdən də çəkinmirlər.
Düzdü, kişilər xanımlar qədər xarici görünüşümüzə zaman ayırmasa da, amma etiraf edin ki, olduğunuz yaşdan daha gənc görünmək sizim də çoxunuzun arzusudur. Bu məqalədə sizə yaşınızdan cavan görünməyin çox sadə üsulu haqqında məlumat verəcəyik. Xəbəriniz olsun ki, bunun üçün çox da əziyyət çəkmək lazım deyil, sadəcə məqaləmizi diqqətlə oxumağınız və bu məlumatları gündəlik həyatınızda dəyərləndirməyiniz kifayətdir.
Dərinin gözəlləşməsi üçün dermotoloqlar müxtəlif məsləhətlər verirlər. Bu məsləhətlər içərisinə müxtəlif yağlarla maskalardan tutmuş, sağlam qidalanmaya qədər ən müxtəlif üsullar daxildir.
Dermatoloqların dərisinin sağlam və cavan görünməsini istəyən şəxslərə verdiyi ilk məsləhətlərdən biri də nizamlı seks həyatıdır. Mütəxəssislərin sözlərinə görə, dəri probleminizin həllini axtarmağa yataq otağından başlamalısınız.
Röyal Edinburg Hospitalının həkimi olan Dr.David Weeksin araşdırmalarının nəticəsi onu göstərdi ki, müntəzəm sekslə məşğul olan qadın və kişilər olduqlarından 5 yaş cavan görünürlər. Bir şeyi yaddan çıxarmayın ki, seks ömrünüzü uzatmır, sadəcə gözəl, sağlam görünməyinizə şərait yaradır. Dermatoloq Dr.Amy Wechslerin araşdırmasına görə, müntəzəm sekslə məşğul olan zaman dəridəki ölü hüceyrələr yenidən əmələ gəlir, qan dövranı sürətlənir. Beləliklə, dəri yenilənir və gözəl görünür.
Bundan əlavə seks üzdə sızanaqların əmələ gəlməsinin qarşısını alır. Çünki sızanaqların yaranmasına ilkin səbəb insanın müntəzəm olaraq yorğun və stressli olmasıdır. Seks isə sizin gün ərzindəki yorğunluqdan, stresdən qurtulmağınıza şərait yaradır, dolayısıyla bu problemlə qarşılaşma ehtihalınızı da yox edir.
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 250
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri