Şorgöz kişini tanımağın yolları

Müəllif: Fialka
Şərhlər: 18
Baxılıb: 2459
Paylaş:
Səs ver:
(səs: 3)
Hansı kişinin sizə ciddi yanaşdığını, hansının sizinlə sadəcə bir neçə gün danışmaq, vaxt keçirmək niyyətində olduğunu bilmək istəməzsiniz?

Eşqbazlıq edən kişilərin demək olar ki, hamısı eyni xüsusiyyətlərə malikdir.

Eşqbazlıq edən kişilər xarizmatik olurlar. Onlar sanki heç nə ilə maraqlanmır, heç kimə əhəmiyyət vermirmiş kimi davranırlar.

Amma bir qızı və ya qadını əldə etmək istədikdə yavaş-yavaş ünsiyyət qurmağa başlayırlar. Bu tip kişilər qarşı tərəfdən müsbət reaksiya ala bilmədikdə vaxt sərf etmədən yenidən axtarışa çıxırlar. Ova çıxan pələnglər kimi pəncələrinə keçirəcək yeni qurban axtarışı onlar üçün əsl macəra, əsl həyəcan deməkdir. Odur ki, isti münasibət göstərməyən qadının nazı ilə oynamağı sevmirlər. Amma elə bilməyin ki, bu tip kişiylə münasibətiniz uğurlu alınacaq. Yox, siz onunla yaxınlıq qursanız, bu zaman onun üçün maraqsız olacaqsınız. Bir-iki gün sonra nömrəsinə zəng çatmayacaq. Ən yaxşı halda xəyanətə uğrayacaqsınız.

Eşqbazlıq edən kişilər hər gördüyü qızla maraqlanmaz. Hər qıza yaxınlaşmağa çalışan kişilər heç bir qızı əldə edə bilməyən tiplərdir. Onlardan heç kimə zərər gəlməz. Çünki onsuz da görən kimi anlayırsınız ki, bu adamda bir qadını cəlb edəcək heç nə yoxdur.

Əsl şorgöz kişilər isə bir sənətkar kimi qadını yoldan çıxartmaq üçün ssenarilər yazmağı bacarırlar. Onlar danışıq tərzləri, seçdikləri sözlər və danışdıqları hekayələrlə qadınların könlünü ovsunlayırlar. Belə kişilər çox vaxt tərk edildiklərini, xəyanətə uğradıqlarını, sevdiyi qadına qovuşa bilmədiklərini deyərək özlərini yazıq, məsum, sevgiyə möhtac biri kimi göstərirlər. Əsla inanmayın!

Bu tip kişilər bilgiləri, hər mövzuda məlumatlı olmaqları ilə qadınların ağlını başından alırlar. Ancaq özlərini heç vaxt tərifləmirlər. Bu tip davranışların qadınları qıcıqlandırdığını bilirlər.

Onu da deyək ki, şorgöz kişilər özlərini tərifləməsələr belə hərəkətləri, davranışları ilə özündən əmin olduğunu, özünə inamını sarsacaq heç nə yaşamadığını göstərərlər.

Əvvəl qarşısındakı qadın haqqında məlumatlar əldə edib, sonra hərəkətə keçərlər. Yəni nəbzə görə şərbət verməyi bacaralar. Qarşısındakı qadına necə təsir edəcəklərini əla bilirlər. Odur ki, diqqətli olun və eşqbazlıq edən kişilərin oyunlarına aldanmayın.

loading...
(səs: 3)
Şərhlər: 18
Baxılıb: 2459
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Luna-90
Bunlar menlik deyil heyatimin kisisini tapmisam ve meni cooooooox sevir sevecekde .genc yasda aile qurmusuq ilk sevgimiz ozumuz olmusuq onunda ilk sevdiyi men olmusam menimde ilk sevdiyim o olub.hec vaxtda ailesine haram qatmaz hansisa surtuye gore .aile 4 herfden ibaret deyil 8ildi evliyik bu yolda cox problemler yasamisiq hamsinin ohdesindrn birlikde gelmisik .onun en nifret etdiyi sozler xeyanet bosanmaqdi .esidende eseblesir deyir aile oyuncaq deyil oynuyub bezek.
10 iyul 2015 00:33
18
Hec zaman
Hiss etmediyim Hissi ,
Hiss etdiyimde,
Hiss etdimki,
bu Hissi mene
Hiss etdiren
SeNSeN!¡
Offline
vipbetul
sorgoz kisinin gozu bir yerde qalirki tanimiyasanda
9 iyul 2015 16:30
17
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Happy
Shorgoz insandan zehlem gedir.
9 iyul 2015 15:47
16
Offline
Catwoman666
Sitat: neri
ah kisuler ah hamsini demurem coxu eynidi

eslinde hem qadinlar hem de kisiler cooox ferqlidir hamiisi bir birinden. eger hamisi ve ya coxu eynidirse onda Allah niye onlari butunlesdirib iki uc nefer kimi yox ayri ayri yaradib? mentiq bir az mentiq)

sorgoz insanlara nifret edirem hysteric
8 iyul 2015 22:48
15
Viking
Offline
neri
ah kisuler ah hamsini demurem coxu eynidi
8 iyul 2015 21:41
14
Sert
Offline
ALESSANDRA
Şorgöz olmayan kişi varki? 27
hmasi şorgözdü hamsi
8 iyul 2015 18:27
13
Don't trust anyone ∆
Offline
Dosta_inam
Bu tip kişilerden xoşum gelmir,ama neynemek olar ki,beleleri az deyil.
8 iyul 2015 18:02
12
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...
Offline
aliceWOnDer
Sorgoz kisi bilinir de, hec xosum gelmir..
8 iyul 2015 17:37
11
Mən xoşbəxt bir kəpənəyəm yaşasam da,ölsəm də..
Online
Mrs.A
Sor goz kisilerden zehlem gedir o saat baxislarindan bilirsen ne zibil oldugun.Allah elesinden qorusun
8 iyul 2015 16:22
10
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Fialka
Biraz tox göz olmaq daha hörmətli və dəyərli edər insanı nəinki ucuzlaşmaq..
redaktə edənə təşəkkür.
8 iyul 2015 15:32
9
Offline
yaz_yamuru
Allah bizi bele kisiciklerden qorusun
8 iyul 2015 15:19
8
Offline
Vuska87
Bele kiwileri biraz unsiyyet quranda tanimaq olur.kiwilerin ekseriyeti eger imkanlari olsa 5 arvadda saxliyar.o derecede pis mexluqlardi.gozleri doymur qadinnan.yaxwiki yoldawim namazinda orucunda bi insandi.bele weylerden uzaqdi.yoxsa deli olardim
8 iyul 2015 13:31
7
Offline
my_angel
Bəzi kişilərin baxışlarından,simasından tanımaq mümkündür.Diqqətli olmaq vacib məsələdir.
8 iyul 2015 12:13
6
Yer üzünü günəş işığı örtsə də, qaranlıq kölgələr mütləq vardır,unutmayın...
Offline
Narın Yağış
Çoxda veciməydi..elələrinin simasınnan bilinirdə onsuz offf əsəb keçirirəm belə xəbərlər oxuyanda.. şorgöz kişicikləri tanımağın ən qısa və net yolu onlarsevdikləri xanımı (guya sevirlərmiş kimi) ələ keçirmək üçün əlindən gələni edir necəki ələ keçirdi fso day maraqsızlaşır yavaş-yavaş uzaqlaşırlar.. dash_mini vecsiz keyfinə düşkün birisi olurlar sanki heçnə veclərinə deyil dv ancağ özləri üçün yaşayır dünya bunların ətrafında dönürmüş kimi aparırlar özlərini.. hh Bu xəbər haqqında çox danışa bilirəm.. ama bunları yaza-yaza əsəb keçirdiyim üçün nöqtəmi qoyuram.

Hələ bu fondakı üz ifadəsi mənə birisini xatırlatdı ama nəysə mən bu xəbərdən çıxsam yaxşı olar 23
8 iyul 2015 12:01
5
Sənli "Günah" a dəyişmərəm sənsiz "Savab"ları heart
Offline
ell.nell
Maraqlı deyil...
8 iyul 2015 10:56
4
Offline
eıiyeva gülmaye
Belelerini secmek asandi ama men bele seylerle maraqlanmiram
8 iyul 2015 09:59
3
Offline
BARBI
En nifret etdiyim kisi tipidir. Kiside kisi xarakteri olar yalniz bir qadini sever ve onnan maraqlanar
8 iyul 2015 09:17
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
GünƏşimƏ_AiD_
heee amma eleside varki alinmir onda hec ne
8 iyul 2015 07:52
1
"Hec kim senden artiq deyildir"
"Nede sen kimdense artiq deyilsen"
"Yixildin dur
Vuruldun vur"
"Heyat ascimasizdisa sende acima!!!"

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv