Bəyəndiyiniz kişini əldə etmənin 9 qızıl qaydası...

Müəllif: ALESSANDRA
Şərhlər: 6
Baxılıb: 2937
Paylaş:
Səs ver:
(səs: 1)
"Qaçan qovular" bu qaydaya riayət edin :)
Kişilər necə aşiq olur?
Bəyəndiyiniz kişini əldə etmənin və sağlam bir əlaqə yaşamanın qaydaları...

1-Öz həyatınız olmalıdır.
Öz "ayaqları üzərində dayana bilən" və ictimai həyatını kişi yoldaşlarına görə təşkil etməyən qadınlar,özlərinə güvənən bir xanım kimi diqqət çəkərlər.Bu da kişilərə ən az bu qadınların xarici gözəllikləri qədər təsir edər. Üstəlik yalnız kişi yoldaşınızla deyil, ailənizlə, dostlarınızla ya da tək başınıza zaman keçirməniz, əlaqənizin tarazlığı baxımından da müsbət olacaq.

2-İlk addımı atan siz olmayın.
Bu,üzərində çox mübahisə və müzakirə edilən,amma nəticəyə varılamamış bir mövzudur.Əgər ilk addımı siz atar və görüşləri siz nizamlayarsınızsa, sizinlə həqiqətənmi "maraqlanır",yoxsa "fürsətimi qaçırmaq istəmir" olduğunu əsla öyrənə bilməzsiniz.

3-Cazibədar olun,sadə deyil.
Əlaqənin ilk günləri,eşqbazlığın ən sıx olduğu zamanlardır,amma bu dövrdə nə çox utancaq olmalısınız,nə də çox çılğın.Həddindən artıq cazibədar bir geyim tərzi ya da cəmiyyət içində həddindən artıq yaxınlıq göstərmələr,əlbəttə ki kişilərin xoşuna gələr,amma əlaqəni ciddi qəbul etmələrini də riskə atar.

4-Dəyər verdiyinizi nümayiş etdirin.
Ona dəyər verdiyinizi göstərmək üçün mütləq bahalı hədiyyələr almanıza,ya da özünüzü ona həsr etmənizə ehtiyac yoxdur.Gündəlik işlərində ona kiçik köməklər edərək də onu düşündüyünüzü,ona dəyər verdiyinizi göstərə bilərsiniz.

5-Onu dəstəkləyin.
Yoldaşlarının,dostlarının,ya da müdirinin qarşısında qürurunu yüksəldəcək sözlər söyləməniz,hər vaxt ona dəstək olduğunuzu hiss etməsini təmin edəcək. Etdiyi zarafatlara hər vaxt gülməniz də eyni təsiri yaradar.

6-Təzyiq etməyin.
Gün ərzində davamlı onu axtarmaq ya da gələcək planları qurmaq istəyə bilərsiniz amma hisslərinizi cilovlayın.Bu tərz davranışlar,birlikdə olduğunuz kişinin özünü narahat,özünə qapanmış hiss etməsinə səbəb ola bilər.Hər şeyi ona söyləmək məcburiyyətində deyilsiniz,onu öz sərbəstliyinə buraxsanız onsuz da planlar qurmağa başlayacaq.Təbii ki,sizi həqiqətən sevirsə.

7-Güzəştə getməyin.
Prinsiplərinizlə güzəştə getməyin və edilən səhv davranışlar qarşısında səssiz qalmayın.Əgər aldadılmağı əsla bağışlamayacağınızı bilsə,özünüzə etdiyiniz hörmət qarşılığında onun da sizə hörməti artacaq.Eyni zamanda,evli,ya da xanım dostu olan kişilərlə əlaqəyə girməyəcəyinizi bilməsi də sizin üçün müsbət olacaq.

8-Yaxşı olanı seçəcəyinizi bilsin.
Hər zaman dürüst və etibarlı olduğunuzu və həyatınızda da belə insanlara yer vermək istədiyinizi ona hiss etdirin.Əgər siz gedəcəyiniz məkanlar haqqında yalan danışmırsınızsa,ondan da eyni davranışı gözləməyə haqqınız var,amma əhəmiyyətli olan onun da belə düşünməsidir.

9-Eşq qadını olun.
Evlilik üçün ən əhəmiyyətli bağın eşq olduğunu düşünürsünüzsə,bunu onun da bilməsini təmin edin.Onunla pul,güvən ya da şöhrər üçün birlikdə olmadığınızı bilməsi,sizə və əlaqənizə olan etibarını artıracaq

loading...
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2937
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
EsmaNur
uzun meseledi
11 avqust 2015 02:56
6
Offline
vipbetul
cox maraqsizzzz
10 avqust 2015 10:59
5
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Tomris Müslümova
Heç biri mənlik deyil durub kiminsə nazıyla oynamağa heç səbrim yoxdu son vaxtlar çox aqressivləşmişəm bunu hiss edirəm bəyənir bəyənsin bəyənmir xoş getsin
9 avqust 2015 21:59
4

Sən sadəcə mənimsən...!
Offline
Catwoman666
bbəyəndiyim insanı əldə etmək mənim üçün elə də çətin deyil 02 Amma kimisə ələ keçirmək kimi istəyim yoxdur 24

...666...
9 avqust 2015 20:19
3
Viking
Offline
BARBI
Kisini elde etmek ve onu elinde saxlamaq cox cetin meseledir. Onlar her deqiqe yenisini gorub seve biler. Ona gore onlara daim sevginizi bildirin.
9 avqust 2015 09:26
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Dosta_inam
Maraqli meslehetdir, ancaq bu meslehetler menden kecib, genc qizlarimiz isteseler yararlana biler, tesekkur.
9 avqust 2015 09:21
1
Əsl "DOST" göydəki ulduzlar kimidir, qaranlıq çöküncə ilk onlar görünər...

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook