Təraşdan sonra dərinizdə problem yaranırsa

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 810
Səs ver:
(səs: 1)
Əksər kişilərin qarşılaşdığı gündəlik problemlərdən biri dərinin təraşdan sonra qıcıqlanmasıdır. Bu qıcıqlanmaya elektrotəraş, üzün tez-tez təraş olunması, birdəfəlik təraş alətlərindən istifadə kimi amillər səbəb ola bilər.

Hazırda Biologique Recherche fransız laboratoriyasının mütəxəssisləri kişinin üz qulluğuna ehtiyacı olmadığı fikrinə tamamilə qarşı çıxırlar. Bu məqsədlə laboratoriyada üz dərisinin qıcıqlanmasını aradan qaldıran Lotion P50 və Emulsion Gel Biosensible vasitələri işlənib hazırlanıb. Lotion P50 üz dərisinin qurumuş hüceyrələrini ehmalca aradan qaldırır, dəridə yağ ifrazını tənzimləyir, nəmləndirir, epidermisin turşu-qələvi balansını bərpa edir və dərini qulluğun digər mərhələlərinə hazırlayır.

Emulsion Gel Biosensible isə həssas dəri üçün nəzərdə tutulmuş emulsiya-geldən ibarət qulluq vasitəsidir. O, dərini bərpa edir, nəmləndirir və antioksidant təsir göstərir. Bu iki vasitədən ibarət kokteylin üstünlüklərindən biri odur ki, onları ayrı-ayrılıqda da istifadə etmək mümkündür. Lakin daha effektiv nəticə əldə etmək üçün sözügedən laboratoriyanın peşəkar mütəxəssisləri Lotion P50 və Emulsion Gel Biosensible vasitələrini birgə istifadə etməyi tövsiyə edirlər.
(səs: 1)
Şərhlər: 2
Baxılıb: 2 810
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri